525.Az

Doğuşdan sonra ölən qadının həkimi açıqlama verdi


 

Doğuşdan sonra ölən qadının həkimi açıqlama verdi<b style="color:red"></b>

Ucar rayonunda doğuşdan sonra həyatını itirən qadını əməliyyat edən cərrah ölüm faktı ilə bağlı açıqlama verib.

Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirov APA-nın yerli bürosuna açıqlamasında deyib ki, aprelin 21-də 20 yaşlı Zərdab rayon sakini Sayad Abdulrəhmanova doğuş üçün xəstəxanaya yerləşdirilib. Təbii doğuş mümkün olmadığından elə həmin gün qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilib. Həkimin sözlərinə görə, 1 gün sonra ayın 22-də saat 11:00 radələrində xəstəxananın tibb bacısı xəstənin palatada yerdə huşsuz vəziyyətdə olduğunu görüb.
S. Abdulrəhmanovanın hansı səbəbdən yıxılması hələlik məlum deyil. Xəstənin vəziyyətinin get-gedə pisləşdiyini görən həkimlər Bakıdan həkim briqadası çağırsalar da, onu xilas etmək mümkün olmayıb. Qadın aprelin 23-də,  gecə saat 00:30 radələrində dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib.
 
S. Abdulrəhmanovanın ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq.
 
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
 

 





23.04.2014    çap et  çap et