525.Az

Peşəkarlığın yüksəliş yolunda


 

Peşəkarlığın yüksəliş yolunda<b style="color:red"></b>

Bu yaxınlarda İctimai Televiziya Radio Yayım Şurasının son hesabatı diqqətimi cəlb etdi. BDU-nun Jurnalistika nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədlinin sədrlik etdiyi qurum sənəddə İctimai Teleradio Yayımı Şirkətinin Baş direktoru Cəmil Quliyevin birillik fəaliyyətinə yüksək qiymət verərək, onun bir sıra islahatlar apardığını, işə qabiliyyətli jurnalistləri cəlb etdiyini xüsusi vurğulayıb.

Açığı, təəcüblənmədim. Çünki uzun illər tanıdığım, peşəkarlığına yüksək insani keyfiyyətlərinə heç bir şübhəm olmadığı Cəmil Quliyevdən başqa cür fəaliyyət gözləmirdim. Bundan əvvəl o, bacarıqlı rəhbər olduğunu Dövlət Film Fondunda "Mədəniyyət" kanalında sübut etmişdi.

İTV- Baş direktor seçilərkən öz fəaliyyətində azərbaycançılıq, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq, peşəkarlıq mədəniyyət kimi böyük məfhumlara üstünlük verəcəyini bəyan edən C.Quliyev bu xəttə sadiqliyini əməlləri ilə göstərdi. Bir il ərzində gecəsini-gündüzünü ölkə teleməkanında özünəməxsusluğu ilə seçilən İctimai Televiziyanın inkişafına sərf edən Cəmil Quliyevin komandasının zəhməti hədər getməyib. "Aktual.az" saytının son dövr ərzində keçirdiyi sorğu bunu əyani şəkildə sübut edir. Səsvermənin aprelin 18- olan nəticələrinə əsasən, "İTV-nin fəaliyyətindən razısınızmı?" sualına cavab verən 12 mindən çox respondentin 10 mindən çoxunun "bəli" deməsi, ictimai yayımçının öz funksiyasını yerinə yetirmədiyi iddiasında bulunan bəzi "media" ekspertlərinə tutarlı cavab oldu.

Ölkəmizdə AzTV-dən sonra İTV ikinci kanaldır ki, irimiqyaslı yerli beynəlxalq tədbirləri yayımlayır. Bunların arasında prezident, parlament bələdiyyə seçkiləri xüsusi yer tutur. Azərbaycanın həssas dönəmində keçirilən ötənilki prezident seçkiləri kampaniyasını böyük məsuliyyətlə, dəqiq balanslı şəkildə yayımlamaqla İTV dövlətə, xalqa, milli demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi.

"Eurovision" mahnı müsabiqəsini, Qış Olimpiya Oyunlarını translyasiya edən İTV Avropa Yayım Birliyi ailəsində öz layiqli yerini daha da möhkəmləndirir. TRT orkestri ilə birgə "Axşam səfası", ukraynalı həmkarları ilə "Böyük səhnə" beynəlxalq musiqi layihələrini həyata keçirməsi  sənətsevərlərdə, İctimai Radionun TRT radiosu ilə birgə layihəsi olan "Dədə Qorqud" proqramı isə    bütün türk dünyasında böyük rəğbət doğurub.

Yeri gəlmişkən, "Böyük səhnə" layihəsi barədə ayrıca danışmağa dəyər. Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu layihədə bütün cəhətlər xırdalıqlarına qədər nəzərə alınmışdı: mükəmməl ssenari quruluş, ifaçıların hazırlığı, sənət üslubu, səhnə mədəniyyəti, peşəkar aparıcılar, tələbkar səmimi münsiflər heyəti... Ən əsası isə ölkəmizi "Eurovision-2014" təmsil edəcək ifaçımız SMS səsverməsi ilə deyil, peşəkarlar tərəfindən müəyyənləşdirildi. Beləliklə, ötən illərdən fərqli olaraq, hər milli seçimdən sonra SMS qalmaqallarının ortaya çıxmasına əsas olmadı. Əminliklə demək olar ki, indiyədək Azərbaycan teleməkanında bu qədər ustalıqla məharətlə hazırlanmış estrada layihəsi olmayıb. Ümidvarıq, may ayında Danimarkada keçiriləcək möhtəşəm müsabiqədə Dilarə Kazımova ölkəmizi layiqincə təmsil edərək, münsiflərin seçiminin yanlış olmadığını sübuta yetirəcək.

Qeyd edək ki, İTV təkcə "Eurovision" iştirakçılarından deyil, dünyanın müxtəlif ölkələrində keçirilən sanballı musiqi telemüsabiqələrində iştirak edən həmyerlilərimizdən diqqətini əsirgəmir. Bunu son illərin ən populyar telelayihəsi olan "Səs" ("Voice") musiqi yarışının ayrı-ayrı ölkələrdə keçirilən turlarından görmək olar. İTV Türkiyə, Ukrayna, Rusiya yarışlarında iştirak edən azərbaycanlı ifaçıların-Fərid Əsgərov, Vaqif Nağıyev, Sevinc Sevil Səfərova bacılarının uğurları ilə bağlı ictimaiyyəti dərhal məlumatlandırdı.

İTV-nin efiri milliyyətindən, dini mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq sağlam düşüncəli, azərbaycançılıq dövlətçilik ideyalarına sadiq, Vətənə səmimi qəlbdən xidmət edən hər bir Azərbaycan vətəndaşının üzünə açıqdır. Bu baxımdan İTV-nin "Ortaq məxrəc" verilişində müzakirə edilən ictimai-siyasi yüklü hər bir məsələ - Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, informasiya müharibəsində Azərbaycanın yeri, təhlükəsizlik məsələləri, sosial-iqtisadi problemlər, milli dini tolerantlığın təbliği sair maraq doğurur. Sahib Məmmədov, Mətanət Əzizova, Vüqar Bayramov, Azər Həsrət, Yadigar Məmmədli, Boran Əziz kimi müstəqil ekspertlər QHT nümayəndələri, Fazil Mustafa, Asim Mollazadə, Fərəc Quliyev, Aydın Mirzəzadə, Mübariz Qurbanlı kimi siyasi partiya təmsilçiləri bu müzakirələrin fəal iştirakçıları olurlar. "Yeni Gün", "Qarabağ: real tarix", "Qarabağ sərvətləri", "Açıq dərs", "Xəmsə", "Ötən əsrin nəğmələri", "Diqqət mərkəzi", "Carçı", "Həftənin yekunu", "İqtisadiyyat", "Yurd inciləri", "Yeni sədalar", "Geniş formatda", "Səhər sovqatı", "Muğam sədası", "Torpaq", "Qanundankənar"  sair verilişlər cəmiyyətdə gedən ictimai-siyasi, sosial-iqtisadi mədəni prosesləri bütün təfərrüatı ilə əks etdirir.

Kino sahəsinə dərindən bələd olan Cəmil Quliyevin İTV- mədəniyyətin bu qoluna xüsusi diqqət yetirməsi, yəqin ki, heç kimi təəccübləndirmir. Azərbaycan filmlərinin nümayişi, hətta ötən əsrin 50-60- illərində çəkilmiş çoxdan unudulmuş nadir filmlərin tapılıb yenidən göstərilməsi təqdirəlayiq haldır.  "Carçıfilm" Yaradıcılıq Birliyinin 20 Yanvar, Xocalı, 31 mart soyqırımlarına, Məmmədəmin Rəsulzadə kimi görkəmli siyasi ictimai xadimə, elm, mədəniyyət incəsənətin onlarca tanınmış nümayəndəsinə həsr etdiyi sənədli filmlər həm yaddaşların korlaşmasına imkan vermir, həm Vətənin layiqli oğul qızlarını cəmiyyətə təkrarən tanıdır.

İctimai Radio da rəngarəng mövzuları, interaktiv müzakirələri, musiqi siyasəti ilə dinləyicilərin ruhunu oxşayır, "Yeni gün", "Prizma", "Kinoda yaşanan ömür", "Səhnə həyatı", "Şosse 90", "Kim yatmış, kim oyaq", "Sübhə doğru" sair veriliş proqramları ilə diqqəti cəlb edir.

İctimai Teleradiodan danışarkən, onun simasını təşkil edən aparıcıların adlarını çəkməmək olmur. Saleh Bağırov, Könül Arifqızı, Hüsniyə Məhərrəmova, Vəsilə Vahidqızı, Orxan Cabbarlı, Kamran Quliyev, Aynur Fətullayeva, Nigar Sabirqızı, Rafiq Məmmədov, Günay Namidar, Könül Məmmədova başqalarının öz sənətlərində peşəkarlığı, efirə, sözün əsl mənasında, hakim olmaları tamaşaçılara dinləyicilərə xoş ovqat, gözəl əhval-ruhiyyə bəxş edir. Bu sıraya Şaiq Məmmədov, Ramiz İdrisoğlu kimi peşəkar aparıcıların qoşulması, Azər Süleymanov kimi yeni gənclərin efirə çıxması İTV- bu məktəbin inkişaf etdirilməsinə cəhddən xəbər verir.

Bir sözlə, ölkə teleməkanında sağlam

rəqabətə üstünlük verən İctimai Teleradio rəhbərliyi belə qarşılığa davamlı proqram siyasəti yeritməyə, cəmiyyətin ictimai, elm, təhsil, mədəniyyət, incəsənət digər sahələrində ümumi maraqlarını əks etdirməyə, tamaşıçılara dinləyicilərə milli bəşəri dəyərləri aşılamağa çalışır. Bizə isə bu yolda onlara böyük yaradıcılıq uğurları arzulamaq qalır.

Şəfəq Nasir

filologiya elmləri üzrə

fəlsəfə doktoru

 





23.04.2014    çap et  çap et