525.Az

Yas mərasimində kütləvi zəhərlənmə olub


 

Yas mərasimində kütləvi zəhərlənmə olub<b style="color:red"></b>

Azərbaycanda kütləvi zəhərlənmə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.
 
Bundan başqa, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Bazarstore” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

 





23.04.2014    çap et  çap et