525.Az

ARDNŞ: Bakı-Tbilisi-Ceyhan kəmərinin illik ötürmə qabiliyyətini artırmaq olar


 

ARDNŞ: Bakı-Tbilisi-Ceyhan kəmərinin illik ötürmə qabiliyyətini artırmaq olar<b style="color:red"></b>

“Azərbaycanda mənfəət neftinin hasilatı ilbəil artır”.

“APA-Economics”in məlumata görə, bunu bu gün keçirilən I Xəzər Enerji Forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
 
Onun sözlərinə görə, həmin vəsait Azərbaycan Dövlət Neft Fonduna toplanır: “Həmin vəsait qeyri-neft sektorunun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilir”.
 
X. Yusifzadə onu da vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tona bərabərdir: “Gələcəkdə bu rəqəmi 60 milyon tona çatdırmaq olar”.
 
“Şahdəniz” yatağından da danışan ARDNŞ rəsmisi bildirib ki, adıçəkilən yataqda 1,2 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. “Şahdəniz” yatağından ümumilikdə 50 milyard kubmetr qaz hasil edilib”, - deyə o əlavə edib.
 
“Trans-Adriatik” (TAP) əsas boru kəməri layihəsi üzərində işlərin davam etdirildiyini də bildirən X. Yusifzadə adıçəkilən kəmərin 2018-ci ildə istifadəyə veriləcəyini vurğulayıb.

 





23.04.2014    çap et  çap et