525.Az

AXCP-nin Balakən rayon təşkilatının sədri yol qəzasında öldü


 

AXCP-nin Balakən rayon təşkilatının sədri yol qəzasında öldü<b style="color:red"></b> Zaqatalada baş verən yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub.
 
APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar. 
 
Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub.
 





23.04.2014    çap et  çap et