525.Az

Bakıda 15 yaşlı oğlan naməlum şəraitdə yoxa çıxıb


 

Bakıda 15 yaşlı oğlan naməlum şəraitdə yoxa çıxıb<b style="color:red"></b> Bakıda yeniyetmə oğlan itkin düşüb.
 
Lent.az-ın məlumatına görə, bu barədə Yasamal rayon 28-ci Polis Bölməsinə məlumat daxil olub. Şərifzadə küçəsindəki Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşmış Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Əliyev Sözalı Baxşeyiş oğlu bildirib ki, oğlu, 15 yaşlı Eşqin 2 gün əvvəl həyətdə yoldaşları ilə oynamaq adıyla evdən çıxıb. Lakin yeniyetmə bir daha evə qayıtmayıb.
 
Hazırda 15 yaşlı Eşqin Əliyevin tapılaraq ailəsinə geri qaytarılması istiqamətində iş aparılır.
 





23.04.2014    çap et  çap et