525.Az

Milli Məclis mayın 2-də toplanacaq


 

Milli Məclis mayın 2-də toplanacaq<b style="color:red"></b> Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, parlamentin növbəti iclasın iclası may ayının 2-də baş tutacaq. Növbəti iclasın gündəliyinə isə 12 məsələ daxildir.
 
Plenar iclasda İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, Yaşıllıqların mühafizəsi haqqında”, “Dövlət reyestri haqqında” qanunlara dəyişikliklər və bir sıra sənədlər müzakirə olunacaq. 
 





22.04.2014    çap et  çap et