525.Az

Paytaxtda uşaq bağçasında istifadə müddəti keçmiş ərzaq məhsulları aşkar edilib


 

Paytaxtda uşaq bağçasında istifadə müddəti keçmiş ərzaq məhsulları aşkar edilib<b style="color:red"></b>

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 195 saylı uşaq bağçasında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı bağçanın soyuducusunda son istifadə tarixi bitmiş hər biri 200 qram olmaqla 12 ədəd kəsmik məmulatı, 1 ədəd 8 kiloqramlıq qatıq məhsulu aşkar edilib.
 
Həmçinin, bağçada mərkəzləşdirilmiş menyunun olmasına baxmayaraq uşaqlara menyudan kənar yeməklərin verildiyi aşkar edilib ki, bu da uşaqların inkişafının, boy artımının, adekvat immunitetinin əldə edilməsinə maneədir.
 
Hər qrupun qapısında valideynlərin bağçaya ərzaq gətirməsinin qadağan olduğunu bildirən tablolar yerləşdirilsə də yoxlama zamanı uşaqların dolablarında tərkibində kəskin ədviyyatlar olan çipsilər, kremli pirojnalar və digər məhsullar aşkar edilib.
 
Bundan başqa bağçada məhsulların soyuducularda mal qonşuluğuna əməl olunmadan saxlanıldığı da aşkar edilib.

 





22.04.2014    çap et  çap et