525.Az

Dövlət qulluğuna yeni müsabiqə başlayır


 

Dövlət qulluğuna yeni müsabiqə başlayır<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, sabahdan 54 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 20 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) başlayır.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 326-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 99-u isə məhkəmə orqanlarının aparatındadır.
Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 19-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 1-i birinci instansiya məhkəmə orqanının aparatındadır.

Qeyd edək 1 aprel tarixdə 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə 1276 namizəd (22 aprel tarixə olan məlumat) qeydə alınıb. Müsabiqə üzrə qeydiyyat aprelin 30-u saat 18:00-da başa çatacaq.
 





22.04.2014    çap et  çap et