525.Az

Könüldən xəbər bilən...


 

Könüldən xəbər bilən...<b style="color:red"></b>

...Adamın çətin anları olur, özü özündən küsən anları. Onda sanki ruhu didərgin olur, yaşamır, canıyla, nəfəsilə çəkişir. Belə anlarında səni anlayan, görən, duyan, ürəyindən xəbər bilən insanın bircə sözüylə ayağa qalxa bilərsən. Əfsus ki, günümüzdə adamlar bir-birinin qəlbini qırmaqdan, ürəyini  sıxmaqdan sanki zövq alırlar. Elə efir məkanımızda da baxırsan ki, zahiri görüntünün təbliği çox vaxt önə çəkilir, nəinki insanın mənəvi dünyası... Fikirləri ilə adamda yaşamaq həvəsini artıran çox sevdiyim  psixoloq Fəxriyyə Məmmədovanı, insan kimi gözəl insan, sənət adamı kimi istedadlı olan müğənni Azərini, bənzərsiz şairimiz Vaqif Bayatlı Odəri ayda-ildə bir dəfə görəndə qədər xoşbəxt olursansa, hər gün ağzına gələni danışan bir çox "sənət" adamlarına baxanda o qədər təəssüflənirsən. Düşünürəm, efirdən tamaşaçıya xoş ovqat bəxş edən, ziyalı, nümunəvi, mədəni insanları cəmiyyətə tanıtmaq daha xoş olmazdımı?. Elə indi insanlığından söz açmaq istədiyim AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, Slavyan Universitetinin dosenti, uzun illər mətbuatda redaktor, baş redaktor kimi çalışmış, bir sıra nüfuzlu media mükafatlarına layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyi Jurnalistlər Birliyinin üzvü, ən əsası, sadə, səmimi, qayğıkeş, gözəl bir insan olan Şahbaz Şamıoğlu kimi adamları...

Şahbaz müəllimlə bağlı əlimə qələmi indi alsam da, onunla bağlı fikirlər ürəyimə zərrə-zərrə çoxdan yığılıb. Ş.Şamıoğlunu doğma Ağdamın işğalından sonra yəni, 1993- ildən tanıyıram. Onda mən Bakıda yataqxanada məskunlaşmış bacımın ailəsi ilə yaşayırdım. Qəzetdə çalışmağa başlasam da, bir yerdə qərar tuta bilmirdim. Çox əziyyət çəkirdim, mühit məni sıxırdı, özümə yer tapa bilmirdim. Elə bilirdim, hamı məndən bacarıqlıdı... Həmin düşüncələrin içindəykən hərdən Şahbaz müəllimə rast gəlirdim. O qədər istiqanlı adam idi, onun bircə ürəkdən gələn salamı, xoş sözləri əhvalımı dəyişirdi. Düzü, onun kimi adamlara az-az rast gəlirdim. Şahbaz müəllim hansı redaksiyada çalışsa, yazılarıma hörmətlə yanaşırdı. Amma onu daha yaxından "Üç nöqtə" qəzetindən tanıdım. Bu redaksiyada da əvvəlcə özümə yer tapa bilmirdim. Nədən yazım, necə yazım deyə, çırpınırdım. Hara gedirdim özümdən asılı olmadan ədəbiyyatla, sənətlə bağlı yazılar gətirirdim. Məndən xəbər müxbiri olmurdu ki olmurdu... Bir gün istəyimi baş redaktor Xoşqədəm xanıma bildirdim. Sağ olsun, razılaşdı. O gündən ürəyimin səsiylə yazılar yazmağa başladım...

...Bir dəfə Ağdamda qonşumuz olmuş gözəl səsli xanəndə Şahmalı Kürdoğlunun oğlu ilə öz həyətində necə şəhid olması barədə yazı gətirmişdim. Sonra eşitdim ki, Şahbaz müəllim "Nar ağacının fəryadı" oxuyanda göz yaşlarını saxlaya bilməyib. Bu ziyalı insan  mənə o qədər qayğı ilə yanaşırdı, utanırdım. İndi dəqiq bilirəm ki, o, niyə bəzən öz gözündən düşən birinə belə xoş münasibət bəsləyirdi. Çünki Şahbaz müəllim kimi işıqlı insanlar adamın qəlbini görür, həyəcanını hiss edirlər. Çalışırlar sən bu qədər sıxılmayasan, bacarığını göstərə biləsən. Ömrü boyu yadımdan çıxmaz, Şahbaz müəllim bir gün işçilərin toplandığı otağa gəldi dedi: "Bu insanı mən bir şair kimi çox sevirəm, bir insan kimi çox istəyirəm, siz istəyin"... İndi bunları yazarkən o günlərə bir qayıtdım gözlərim yaşardı... Onda ağlıma gəlməzdi ki, ürəkdən xəbər bilən bu insandan bir gün nəsə yazım. Belə insanlarla bağlı əlinə qələm alanda, düşünəndə xoşbəxt olursan. Ona görə ki, hər kəlmə ürəyindən gəlir...

...Ad gününü xüsusi qeyd etdiyini görməsəm , yadımdadı ki, aprelin 20-ci Şahbaz müəllimin doğum günüdü. Bəs görəsən doğum günü ərəfəsində o, özü deyir özü haqqında. Onun söylədiklərini olduğu kimi yazıya köçürməyi  düşündüm...

...20 aprel 1961-ci ildə Borçalı mahalının Başkeçid rayonunda anadan olmuşam. Kəndimizin tarixi adı Dəmirçihasanlı, sovetlər dönəmində isə dəyişdirilərək Qızılkilsə olub. Kəndimiz o yerlərin adamları, o cümlədən mənim üçün çox müqəddəs olan Şindi dağının ətəyində yerləşir. Vaxtilə mətbuat orqanlarında həm o müqəddəs dağın adı ilə "Şindi" təxəllüsü ilə yazılar yazmışam. Elektron poçtum da həmin dağın adı ilə bağlıdır. Şindi mənim üçün uşaqlığım, gəncliyim, bu günüm, əgər Tanrı imkan versə, sabahımdı... Orta məktəbi kəndimizdə, 1978-ci ildə bitirmişəm. Bütün qiymətlərim "əla" olub. Atam, rəhmətlik Şamı müəllim - kəndimizdə kimya-biologiya müəllimi idi - həkim olmağımı istəyirdi. Çünki məndən əvvəl qardaşlarım, əmim oğlanları o vaxtkı Tibb İnstitutunu bitirmişdilər, bir sözlə, nəsildə hamı həkim idi ətrafdakıların hamısı mənim həkim olacağımı gözləyirdilər. Həkim olmadım. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldum 1983- ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdim. Onu da deyim ki, orta məktəb illərində məktəb kənd kitabxanasında olan kitabların az qala hamısını oxumuşdum bu, mənim tələbəlik illərində çox karıma gəldi. İnstitutda müəllimlərimiz dünya Azərbaycan ədəbiyyatının korifeylərini oxumağı bizə tövsiyə, daha doğrusu, məcbur edəndə başa düşdüm ki, orta məktəbdə mənə ədəbiyyatdan dərs demiş Solmaz müəllimə, Manya müəllimə Qurban müəllimin mənə oxutdurduqları qədər vacib imiş!..

Şahbaz müəllim, özümə söz vermişdim ki, Siz istəməsəniz , belə bir yazı yazım. Nəinki Sizin kimi daima yoluma işıq salan insan üçün, o çətin anlarımda mənə adi bir xoş söz deyən adamlar üçün həmişə Allaha dua edirəm. Sizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram. yaxşı, Sizin kimi könüldən xəbər bilən insanlar var. Yoxsa bu dünyanın dəyəri olardı ki...

Mina RƏŞİD

 





22.04.2014    çap et  çap et