525.Az

İmir Məmmədlinin kişilərə 12-ci mesajı


 

İmir Məmmədlinin kişilərə 12-ci mesajı<b style="color:red"></b>

 

Hekayə- yazılı ədəbiyyatda epik növün olduqca geniş yayılmış janrıdır. Hekayə süjetli nəsrin həcmcə ən kiçiyidir, bir səhifədən əlli-altmış səhifəyə qədər olur. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olsa da, yazıçıların yaradıcılığında onun sözdən məharətlə istifadə etməsini, hadisələrə münasibətini müəyyənləşdirən bütün keyfiyyətlər  var. Böyük-böyük romanların müəllifləri şərəfli yazıçı adını daşımaq üçün ilk imtahanlarını verərkən sınaq meydanlarında məhz kiçik həcmli hekayələrlə cəngə çıxıblar. Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev Yusif Vəzir Çəmənzəminli kimi böyük ədiblərin əsərləri sonrakı nəsil yazıçılarımız üçün bir növ məktəb, hekayə modeli rolunu oynayıb.  Milli ədəbiyyatımızda daha sonra Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İlyas Əfəndiyev,İsa Muğanna, müasirlərimizdən Anar, Elçin, Seyran Səxavət neçə-neçə istedadlı hekayəçilər yetişdi.

Bu gün həmin ənənəni davam etdirən yazıçılarımızın arasında da özünəməxsus üslubu, dili maraqlı mövzularla diqqətimizi cəlb edən qələm əhli ilə rastlaşırıq.

Bu yaxınlarda tanınmış şair, yazıçı- dramaturq İmir Məmmədlinin ötən il "Qanun" nəşriyyatında çapdan çıxmış "Kişilərə mesaj" adlı kitabını oxudum.  Gürcüstanın Dövlət Mükafatı laureatı, "Şərəf" ordenli yazıçımızın  sayca 12-ci kitabına daxil olan novellaları da əvvəlkilər kimi gizli sarkazm incə yumorla səciyyələnir. 

 İmir Məmmədlini əvvəllər uzaqdan-uzağa qiyabi tanıyırdım, bir şair kimi şeirlərinə az- çox bələd idim. Amma onun son illərdə ərsəyə gətirdiyi nəsr əsərləri istər ideya məzmunca, istərsə formaca həqiqətən təqdir ediləcək səviyyədə diqqəti cəlb edir. 

Əslində, novella da hekayədir. Fərq burasındadır ki, hekayədən fərqli olaraq novella gözlənilməz sonluqla yekunlaşır. Oxucu hekayəyə məxsus bütün komponentləri burada izləyə bilər: yığcam süjet, xarakterik hadisə, bitkin  obraz..amma sonluq təsvir olunan hadisənin məntiqinə uyğun olaraq yazıçının məramını, qayəsini əks etdirir. Gözlənilməzlik isə novella adlanan hekayənin fərqli xüsusiyyətidir.

"Kişilərə mesaj" kitabında ilk novella "Sirr" adlanır. Bu novellanı oxuduqca həqiqətən hekayənin qəhrəmanı Əlpaşanın düşdüyü durumun nəylə qurtarmasını bilmək üçün oxucu ,düşünürəm ki, mütləq onu axıra qədər maraqla oxuyacaq. Bu novellanın mövzusu gündəlik həyatımızda baş verib. Belə ki, rayonda tanınan imkanlı şəxslərdən olan Əlpaşa sərxoş vəziyyətdə yolun kənarında dayanmış "ucaboy Afəti" maşınına mindirir otelə aparır. Əslində Əlpaşa öz hərəkətinə diqqət edən, rayonda hörmətli  3-5 kişidən biridir namuslu ailə başçısı kimi tanınır. Lənətə gəlmiş içkinin köməyi ilə şeytan onu yoldan çıxarır. Şeytanın da sözünə uyan təbii ki, bunun fəsadlarını yaşamağa məhkumdur.  Onlar birlikdə otelə gedirlər... Səhər yuxudan ayılanda Əlpaşa görür ki, dünənki gözəlçədən səs-soraq yoxdur, özü onun paltarlarını geyinib gedib. gedərkən sarı rəngdə olan parikini aparmayıb.  Bundan şübhələnən Əlpaşa əvvəlcə elə bilir ki, axşam özü ilə otelə gətirdiyi "kişi"lərdən olub. İmir Məmmədlinin təbirincə desək, "O eşitmişdi ki, mavilər istədiklərini alandan sonra özləri xoşhallanırlar. Olmaya o?.." Bundan sonra hadisələr film lenti kimi bir-birini əvəz edir Əlpaşanın həm rayonda, həm ailəsində biabır olması ilə başa çatır.  

Adi bir həyat hadisəsidir, həm çox gülməlidir, həm düşündürücür. Bu hekayənin özü kişilərə ehtiyatlı olması üçün bir ismarıcdır.

"Kişilərə mesaj" kitabında yazıçın

ın 11 novellası toplanıb bu əsərlərdə həqiqətən çox incə ustalıqla işlənmiş yumor gülüş ornamentləri diqqəti cəlb edir.  İmir Məmmədlinin yaradıcılığında "Molla Nəsrəddin" məktəbinin  təsiri, onun həmin məktəbin layiqli davamçısı olması açıq-aydın hiss olunur. Özü bu təsir Mirzə Cəlilin hekayələrindəki kimi güldürə-güldürə düşündürmək, tragikomik olaylara gülməkdədir.Çünki bu gülüş insanı düşündürə-düşündürə saflaşdırır, təmizləyir. Çünki bu gülüşün arxasında acı həqiqət var.

İmir Məmmədlinin "Kişilərə mesaj" kitabındakı hekayələrin hamısı heç sırf yumoristik deyil. Sadəcə, yazıçı öz hekayələrini Mirzə Cəlilsayağı gülüşlə zənginləşdirərək, daha oxunaqlı edir.

Bu kitabda məni daha çox təsirləndirən "Tənhalığın o üzündə" novellası oldu. Ermənilərin torpaqlarımızı işğal etməsindən sonra sayları çoxalan "kar" "kor" "Səməd"in faciələrlə dolu həyatından bəhs edən əsər həqiqətən çox təsirlidir. Səməd uşaqlıqda ağır xəstələnib eşitmə qabiliyyətini itirib. Ermənilər onların kəndini işğal edəndə o, əsir düşür. Səmədin gözəl rəsm çəkməsi erməni zabitinin qəzəbinə tuş gəlir, vurub onun hər iki gözünü çıxarır. beləcə Səmədin məşəqqətli günləri başlayır. Səməd yalnız çiyninə toxunduqda bilirdi ki arvadı ona deyir. Çiyninə toxunulduqda Səməd bilirdi ki, nahar vaxtıdır  yaxud artıq gecdir yatmaq lazımdır. Çünki gözü var, qulağı. Günlərin bir günü Səmədin arvadı ölür. Yazıq Səməd gözü görür, qulağı eşidir, heç bilmir ki, arvadını vaxt basdırırlar. Sonra onun bu vəziyyətinə  acıyan kənd camaatı Səmədi dul bir qaldınla evləndirir. O qadın da sonradan bezib gedir. Səmədi yenidən evləndirirlər, onu da keçmiş əri şəhərdən qayıdıb evinə qaytarır. İkinci arvad gedəndən sonra Səməd günlərlə gözləyir ki, Nazlı gəlib əlini onun çiyninə qoyacaq...  Kənd camaatı bir gün səhər görür ki, Səməd arvadı Nazlının qəbrini qucaqlayıb ölüb...

 "Sazlı-sözlü Sibir" Mordova vilayətinin Simusid qəsəbəsində yerləşən, binə tutan bir keçmiş aşığın qarşılaşdığı macəralardan bəhs edir.  Məlum olur ki, o aşıq bura Gədəbəydən gəlib, Kommunist Partiyasının üzvü olan ilk aşıqlardandır.  Vaxtilə Leninin, partiyanın şəninə o qədər mədhiyyələr oxumuş binəva öz yurdunda məşhur aşıq olub. Bu bolşevik aşığı millət atası Stalini feyziyab eləmək üçün Moskvaya yollayırlar. Yazıq millət atasının "mərhəmət"indən öz nəsibini alır:"Sazı sinəmə basdım, bir "Koroğlu cəngisi" çaldım ki, çaldığım özümü cuşə gətirdi. Beləcə çala-oynaya irəliyə tərəf süzdüm. Hesabımı elə tutmuşdum ki, rəhbərin lojasına çatan kimi başlayacaqdım. Odur ki, oynaya-oynaya bir neçə dəfə dala-irəliyə var-gəl etdikdən sonra, lojaya lap yaxınlaşıb üzümü fikirli rəhbərə tutub:

-Ay heeeeey!..-deyə bir nərə çəkdim. Stalin silkələndi, səksənən sayağı oldu. Sanki yuxudan ayılmışdı, təəccüb xof dolu gözlərini üzümə zillədi. Onu dərin xəyaldan ayıra bildiyimi görüb daha da fərəhləndim, mahnını oxuya-oxuya üzü rəhbərə arxaya tərəf süzdüm.

Səhnənin əks tərəfindəki pərdəyə çatanda, hiss etdim ki, pərdənin arasından bir əl uzanıb xələtimin kəmərdəki qatlaq yerindən yapışdı məni ehmalca arxaya dartdı. Neyləməli, mən beləcə çala-çala, dal-dala pərdənin arxasına getdim. Həmin əl məni pərdənin arxasında da buraxmadı, konsert salonundan çıxanda da buraxmadı, Kremlin həyətində buraxmadı, Qızıl Meydanda da buraxmadı. Beləcə quyruğumdan darta-darta məni Mordovaya, gördüyün bu Simusid qəsəbəsinə gətirib çıxardı".

Beləcə, Gədəbəydən gələn aşıq uzaq Sibirdə yaşamağa məhkum olur. Orada Nataşayla evlənir. Amma aşığın Vətənə qayıtmaq iqtidarı sönür, çünki başa düşür ki, onu Vətəniylə bağlayan tellər çoxdan qırılıb. Amma Vətəninin ətrini sazından alır. Hər gün saz çalır.

Hekayənin bu hissəsi ilk baxışda oxucuya gülməli gəlir. Amma sonu heç gülməli deyil. "Kişilərə mesaj" da olduğu kimi yazıçı bu əsərə qrotesk rəngi qatır, əvvəlcə komik, sonra tragik boyaları tündləşdirir.

İmir Məmmədli bu hekayədə şairliyini unutmayıb ,onun sürgündə yaşayan aşıq qəhrəmanı öz oğluna belə tövsiyə verir:

  

Mən ala bilmədim öz ellimizi,

Rusa doğuzdurdum, ay bala, sizi.

Yuxumda çırpınır Xəzər dənizi,

Azəri qızını al, qadan alım.

  

Bizə lazım deyil rus, xaxol,

Bala, ermənidən, çalış, uzaq ol.

Gedək, elçi gedək, bizə yaxşı yol,

Azəri qızını al, qadan alım.

  

Qoy, qapı-bacada öz qanım gəzsin,

 Mənə plov bişirsin, əriştə kəssin,

Yeddi oğul doğsun, hay-küyə dözsün,

Azəri qızını al, qadan alım.

  

Ümumiyyətlə, İmir Məmmədlinin "Kişilərə mesaj" kitabı maraqlı novellalardan tərtib olunub. Onun əsərləri həmişə ollduğu kimi təbiidir, bu təbiiliyi təhkiyə tərzinin şirinliyi, süjet xəttinin bitkinliyi, təsvir etdiyi obrazların koloritli canlı olması, həyatdan gəlməsi, bədii dilin çoxçalarlığı şərtləndirir mən çox arzulardım ki, İmir Məmmədli həmişə bu təbiiliyi qoruyub saxlasın.


İltifat
HACIXANOĞLU

 





22.04.2014    çap et  çap et