525.Az

Mexikoda Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib


 

Mexikoda Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib <b style="color:red"></b> Mexikoda dünya şöhrətli yazıçı, Nobel mükafatçısı Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib.
 
APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, minlərlə insanın qatıldığı və 3 saat davam edən vida mərasimində Meksika və Kolumbiyanın prezidentləri iştirak edib. Meksika prezidenti Enrike Penya Nyeto vida mərasimində çıxış edərək bildirib ki, yazıçının ölümü təkcə ədəbiyyat üçün yox, həm də bəşəriyyət üçün böyük itkidir.
 
Aprelin 17-də 87 yaşında dünyasını dəyişən yazıçının külü vida mərasiminin keçirildiyi İncəsənət Sarayına gətirilib.
 
Kolumbiyanın Karib bölgəsindəki Arakataka vilayətininin sakinləri isə Markes üçün simvolik dəfn mərasimi keçiriblər.
 





22.04.2014    çap et  çap et