525.Az

“Risaleyi Nur” Azərbaycanda nə vaxt qadağan olunub?


 

“Risaleyi Nur” Azərbaycanda nə vaxt qadağan olunub?<b style="color:red"></b>

“Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur”un Azərbaycanda nə vaxtdan qadağan olunduğu bəlli olub.

APA-nın əldə etdiyi məlumata görə, “nurçu”ların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.
 
APA-nın Dövlət Komitəsinin mətbuat xidmətinə dəfələrlə sorğu ünvanlamasına baxmayaraq, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 





21.04.2014    çap et  çap et