525.Az

Məhəmməd Əmin Rəsulzadənin əsərləri


 

Məhəmməd Əmin Rəsulzadənin <b style="color:red">əsərləri</b>

Əsərləri

V  cild

 (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev

elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

        (Əvvəli ötən şənbə saylarımızda)

Bakı məsələsinə dair mülaqat        

Bakı alınmamışdan əqdəm bizim bədxahlarımız tərəfindən Bakını Azərbaycandan ayırmaq üçün cürbəcür vəsilələr, dürlü-dürlü hiylələr aranıyordu.

Bu xüsusda Tiflisməhafiliən ciddi iqdamatda bulunur idi. HəminməhafildənBakı Azərbaycanın olmuyub, “sərbəstşəhər (volni qorod) olsun şüarı dəxi çıxmış idi. Həmin şüara Tiflis saxta sosialist vərəqələri erməni qəzetləri rövnəq verib, Avropa siyasi məhafilinin diqqətlərini Bakı məsələsinə cəlb etmək iddiasında bulunuyorlardı.

Həmin məsələ xüsusunda İstanbulda nəşr edilənTərcümani-həqiqətqəzetəsi mühərrirlərindən birini İstanbulda Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndilərinin nəzdinə göndərib, bəyanat istəmişdir.

Bakı alınmış isə Məhəmməd Əmin cənablarının Bəyanatının əhəmiyyəti itməmiş. Buna görə onun Bəyanatını burada dərc ediriz.

Məhəmməd Əmin bəy demişdir:

Bolşeviklərlə azərbaycanlılar arasında axıdılan qan yalnız Azərbaycan müstəqilliyinin hüsulunu təmin etmək şərtilə dayandırıla bilər. Bunu biz səmim qəlb ilə arzu edəriz. Çünki məqsədimiz qan axıtmaq degil, Bakıya malik olmaqdır. Çünki əfəndim, Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən , halən bir türk şəhəri müsəlman bələdəsidir. İstiqbalən öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir. Azərbaycan ismi belə ehtimal ki, Bakının petrol ocaqlarından ol dünyanın uzaq guşələrindən kəndisinə zairlər cəlb edən daim yanar təbii atəşlərindən alınmışdır. Azərbaycan bugünkü milli mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır. Bütün aləmin iştəhasını cəlb edən petrolu olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan ötrü əhəmiyyəti-ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi dəxi o əhəmiyyəti haizdir. Bunların həpsinə bərabər Bakı, əksəriyyət nüfuz etibarı ilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar müstəqfatın qismi-küllisi müsəlmanlardadır.

Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva isə Azərbaycan üçün Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən mövcübi-heyrətdir. Bakı bolşeviklərininrus imperialistlərinin Qafqaziyadakı yardaqçılarının bu fikirdə olduqlarını, azərbaycanlıların haqlarını inkar üçün bu şəkli iltizam etdiklərini bilirdik. Əksəriyyəti kimlərdən ibarət olduğu məlum bulunan Bakı bolşeviklərinin ingilislər tərəfindən dəxi müzahirət görərək bu yolda təhrikatda bulunduqlarını duymuşuq. Fəqət Almaniya dövləti-fəxməsinin bu fikrə zəhir mühyi olacağını qətiyyən kəsdirəməzdik. Tiflis qəzetəsindən nəql etmiş olduğunuz xəbərdə mütləqa bir yanlışlıq olacaqdır. Şübhəsiz ki, Bakı petrollarının aləmşümul bir əhəmiyyəti vardır. Əlbəttə ki, bu petrol məsələsi rusları da, Qafqaziyadakı məktəbləri , Türkiyə ilə müttəfiqlərin əlaqədar ediyor.

Madam ki, Bakı ilə əlaqə petrola bağlı bir əlaqədir, demək ki, iqtisadi ticari məsələ qarşısında bulunuyoruz. Bəhri-Xəzər kənarında bulunan Azərbaycan petrolu su yerində işlədəcək deyildir. Petrol Azərbaycanın ən böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərmayəsindən istifadə edəcək bu sərmayənin Bakı ərazisində tətbiqin dəxi hər dürlü vasitələrlə təshil təminə çalışacaqdır. Petrolun əhəmiyyəti-beynəlmiləliyəsindən istifadə üçün Azərbaycan hökuməti ilə anlaşmaq bağlaşmaq mümkün ikən qafanı bədəndən ayıracaq qədər qanlı tədabirə əcəba, nədən ehtiyac görülsün? İştə bunun üçün bu etiqaddayam ki, Tiflis qəzetələri ilə nəşr olunan şayiə qərini-həqiqət olmasa gərək. Çünki düşünüyoram: sərbəst bir şəhər elan etmək surət ilə təmini təsəvvür olunan fəvaidi-müştərəkə Azərbaycan hakimiyyəti təxtində dəxi təmin edildikdən sonra Almaniya diplomasisi əcəba, üçün Azərbaycan həyati-milliyyə mənafeyi-həyatlarına səbəbsiz bir surətdə qəsd etsin?!

Azərbaycan”, 3 təşrini-əvvəl (oktyabr) 1918, №5

      

Zəhirarxa, kömək

Mühyihəyat verən, canlandıran

    

M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi xüsusi məktubdan

“... Berlindən alınan məlumatlara görə bolşeviklərlə Almaniya arasında əlavə müqavilə imzalanmışdır. Qafqaz dövlətlərindən bolşeviklər yalnız Gürcüstanın müstəqilliyini tanımışlar almanlar isə Bakıda çıxarılan neftin bir hissəsini almaq müqabilində Bakını onun neft rayonlarını özündə saxlamaq arzularına etiraz etməmişlər. Bu xəbər hamımızı sarsıtdı, qəzetlər onu hiddətlə çap edir. Tələt Paşa Berlinə getməyə hazırlaşır. Necə olursa-olsun Bakını almaq, almaq almaq lazımdır” (Bu barədə daha ətraflı bax. C.HəsənliAzərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” B., 2009, səh.152-155).

     

Təbrik teleqramları        

Bakının süqutu münasibətilə Azərbaycan hökumət rəisi Fətəli Xan cənabları naminə İstanbuldan atidəki teleqram gəlmişdir:

Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmim təbrik ilə Bakının yeni türk ellərini istixlas üçün sarsılmaz bir qəleyi-mətin olması ümidi ilə bütün arkadaşlarımla öpüşürsünüz.

Azərbaycan heyəti-mürəxxəsəsi naminə

Rəsulzadə Məhəmməd Əmin

Azərbaycan”, 3 təşrini-əvvəl (oktyabr) 1918, №5

    

Bakı həqqində Azərbaycan hökumətinin notası

        

İstanbul qəzetələrində sentyabr ayı ortalarında Azərbaycan sülh heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən təqdim edilmiş eyni zamanda surəti bitərəf Mərkəzi Hökumətlər səfarətlərinə göndərilmiş bir nota dərc edilmişdir. Almaniya ilə Rusiya arasında əqd edilən əlavə müahidənamədə Bakının Şura hökuməti əlində saxlanması həqqindəki maddəyə görə məzkur notada Azərbaycan hökumətinin Bakı şəhərinə tarixi bir həqqi olduğunu isbat etmək üçün şəhərin tarixi həqqində müfəssəl məlumat verilmişdir. Bu tarixi hüquq, coğrafi, iqtisadi milli təsəvvürat ilə isbat edilməkdədir. Həmçinin notada göstərilir ki, Bakı şəhəri elm, mədəniyyət sənaye cəhətincə Azərbaycan ilə əlaqədardır. Çünki ümumsiyasi, iqtisadi, ictimai, dini xeyri müsəlman müəssisələri Bakıdadırlar.

Məzkur notada Almaniya ilə Rusiya arasında əqd edilən əlavə müahidənamə millətlərin istiqlaliyyəti əsasına istinad edilməsi həqqində təəccüb izhar edilir. Rusiya inqilabı tərəfindən elan edilib Brest-Litovsk əhdnaməsində təsdiq olunmuş əsasa istinadən ki bu əsas üzərinə hər millət öz müqəddəratını həll etmək ixtiyarına malik olur, Azərbaycan milləti Mərkəzi Dövlətlərin hüsni-münasibatına etimad edərək əsrlərdən bəri təzyiqi altında qaldığı Rusiya istibdadını yıxıb özünü müstəqil elan etdi. Azərbaycan milləti Almaniya hökumətini əlavə müahidənamə ilə Azərbaycanın ruhani, iqtisadi siyasi mərkəzi, paytaxtı olan Bakı şəhərinin Rusiya əlində qalmasına rizasından xeyli narahat olmuş idi.

Notanın axırında ümidvarlıq bəyan edilir ki, Almaniya dövləti Azərbaycan hökuməti millətinin Bakı şəhərinə malik olmaları hüququnu ciddi surətdə nəzərə alar.

Azərbaycan”, 5 təşrini-sani

(noyabr) 1918, №31

     

Bakı xəbərləri      

Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı mürəxxəsləri Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov Şüyxülislamov cənabları dün təşrini-saninin 7- Bakıya varid olmuşlardır.

Məşhur mühərrir cəmaət xadimi Əhməd bəy cənabları dəxi Bakıya gəlmişlərdir.

Azərbaycan”, 8 təşrini-sani

(noyabr) 1918, №34

Vətənimizin iki simayi-möhtərəmi Rəsulzadə Məhəmməd Əmin

(Bu başlıq altında iki məqalə dərc olunmuşdur. Birinci yazıAğaoğlu Əhməd bəyadlanır müəllifi Üzeyir bəydirŞ.H.)

Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda həyatını nisar edən, cəmaət xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur.

Azərbaycan imarətinin binasını qoyan, bu uğurda kəraətlə həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir ulduz rolu oynayaraq istiqlali-milli yolunu Nikolay Protopoviç dövrünün müzəlləm gecələrində belə milliyyət müsafirlərinə göstərməsi, rəhbərlik etməsilə vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ novcavan ikən 1905 inqilabından sonra meydani-siyasət ictimaiyyəyə atılaraq o vəqt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hüluli ilə rus qaragüruhunun qəzəbinə giriftar olub İrana qaçmış orada dəxi müsəlmanların mənafeyini candan əziz tutaraq İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdənİrani-novqəzetəsi nəşri ilə millətin fikrini işıqlandırmaqla bərabər, digər tərəfdən fədailər zümrəsində Məhəmmədəli şahın yaxıcı-yıxıcı, keyfə-mayəşası müqabilinə mübarizə etmişdir. Bədə orada dəxi irtica baş qaldıraraq rus istibdadı ilə İran keyfə-mayəşası əl-ələ verdikdə həyati təhlükəyə düşərək İrandan da İstanbula hicrət etmişdir. İstanbulda bir mühərrir sifətilə Məhəmməd Əmin əfəndi müxtəlif qəzetə məcmuələrdə iştirak edərək Azərbaycan-Qafqasiya türk islamlarını Osmanlı türklərinə tanıtdırmaqda mühüm bir rol oynamışdır. Bugünki meyvənin o vəqt toxumunu saçanlardan birisi haman Məhəmməd Əmin əfəndi olmuşdur.

Nəhayət, cahan müharibəsi ibtidasında Bakıya qayıdaraq ixtiyarı əlindən alınmış olduğu halda məhəlli qəzetələr başında duraraqTürkləşmək, İslamlaşmaq Müasirləşməkşüarı iləAçıq sözbayrağını qaldıraraq milləti bugünki işıq tərəfinə dəvətə başlamışdır. Axirüləmr Rusiya inqilabı başlanması ilə artıq meydanı açıq görərək Azərbaycan muxtariyyəti şüarını meydana ataraq məzkur şüarla işləyən Gəncə firqəsi ilə birləşib son il yarım vəqtini ancaq bu fikrə təxsis etmişdir. Bu uğurda Məhəmməd Əmin həzrətləri vəfat edən övladına təziyə saxlamaya macal tapmaz bir dərəcədə fədakarlıqla çalışmış nəhayət məqsədinə nail olaraq Azərbaycan Cümhuriyyəti elan edilmişdir. Bundan sonra Məhəmməd Əmin öhdəsinə daha mühüm vəzifələr düşərək İstanbul konfransında Azərbaycan heyəti-mürəxxəsəsi rəisi sifətilə aləmi-islam paytaxtına gedərək orada Azərbaycan uğrunda çox təşəbbüslər etmiş, Azərbaycana edilən təcavüz həqsizliklərdən vətəni müdafiəyə çalışmışdır. Bakının Rusiyayamı, ya Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı gözü olduğunu isbata qalxmışdı həqqimizdə bunca həqsizlik işləmiş olan dövlətlərə protesto verdi.

20 yaşından bu günədək 13 il müddətində türklük, islamlıq, hürriyyət istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir.

Azərbaycanlılar Məhəmməd Əminlər yetişdirməsinə iftixarla öylələri həqqində qədrşünaslıqlarını da ibraz etməlidirlər.

X. (Xəlil İbrahim)

Azərbaycan”, 10 təşrini-sani (noyabr) 1918, №35

Nisarqurban

    

Azərbaycan Şurayi-Millisi

rəyasətindən

        

Azərbaycan Cümhuriyyəti hökumətinin qərarına heyəti-vükəla rəisi Fətəli xan Xoyski müraciətinə binaən Azərbaycan Şurayi-Millisinin noyabrın 16-da iniqad edəcəgini bütün Azərbaycan vətəndaşlarına elan ilə bərabər Şurayi-Milli əzasının yovmi-məzkurda Bakıda bulunmalarını rica ediyoram. Hər səbəbdənsə xüsusi dəvətnamə alamamış olan əzanın işbu elannamə ilə iktifa etmələri müstədadır.

Azərbaycan Şurayi-Millisi rəisi:

Rəsulzadə Məhəmməd Əmin

Azərbaycan”, 11, 12, 13

təşrini-sani (noyabr) 1918,

№36, 37, 38

    

Rəsulzadə cənablarilə müsahibə

         İstanbul konfransının Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Rəsulzadə Məhəmməd Əmin cənabları mühərririmizi hüzurlarına qəbulla İstanbul təəssüratları həqqində lütfən böylə məlumat vermişlərdir:

Heyətimizin qəsdi mərkəzi dövlət nümayəndələri ilə bərabər İstanbulda vaqe olacaq Qafqasiya cümhuriyyətlərinin konfransında iştirak etmək idi. Lakin siyasət aləmindəki təbəddülata görə konfrans baş tuta bilmədi. Hər halda bizim İstanblda olduğumuz mənfəətsiz keçmədi. Böylə ki, məruzə mühazirələrimiz ilə Türkiyə əhalisini Azərbaycan onun ümid arzuları ilə aşina etdik. Burasını da qeyd etməlidir ki, İslam mərkəzi olan İstanbulda Qafqasiya, xüsusən Azərbaycan həqqində məlumatları çox azdır. Brest-Litovsk əlavə müahidənaməsinin təbir təfsiratı yolunda Türkiyə mətbuatı bizə böyük müavinət göstərdi. Bu əlavə müahidənamə münasibətilə alman səfirinə protest notası verdik. Bu məsələ haqqında Türkiyə mətbuatı bizim ilə həmrəy olub bütün hüsni-rəğbət təvəccöhi bizim tərəfimizdə idi. Biz hamı dövlət nümayəndələri ilə görüşüb Azərbaycan əhvalı ilə onları aşina etməklə bərabər müstəqil yaşamaq hüququmuzu müdafiə etdik. Hər yerdə biz məhəbbət ilə qəbul edilib hüsni-təvəccöh ilə qarşılandıq. Rəsmi nota ilə biz Azərbaycanın istiqlaliyyəti həqqində dövlətləri xəbərdar etdik. Bizim heyətimiz təntənəli bir surətdə Türkiyə Sultanı tərəfindən qəbul edildi (Bu qəbul 1918-ci il sentyabrın 6-da olmuşdurŞ.H.). Sultan həzrətləri bizim təbrik nitqimizə cavab olaraq izhar etdilər ki, Türkiyə hökuməti bacardığı müsaidi-vəsail ilə Azərbaycan istiqlaliyyətini mühafizə müdafiə edəcəkdir. Bundan əlavə Sultan həzrətləri Azərbaycan əhalisinə salam yetirilməsini xahiş etdi.

Üç ay bundan əqdəm vəfat edən Sultan Mehmed xan Xamisin mərasimi-dəfnində hal-hazırdakı Sultan Mehmed Sadisin təntənəli cülusi-hümayununda (Sultan Mehmed Reşad (Beşinci Mehmed) (1-2/11/1844-3/07.1918). M.Ə.Rəsulzadə Azərbaycan nümayəndəsi onun dəfn mərasimində iştirak ediblər; Sultan Mehmed Vəhidəddin (Altıncı Mehmed) (2/02/1861-15/05.1926). 1918-ci il iyulun 4- taxta çıxıb M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti onun bu mərasimində iştirak edibŞ.H)  iştirak etdik. Fürsətdən istifadə edərək İstanbul əhalisini Azərbaycan əhvalı ilə aşina etməkdən başqa özümüz Türkiyə həyatına bələd olduq. Türkiyə adətlərindən bizim təəccübümüzü mucib olan bir əhvalı nəql etməliyəm. Sultanın vəfatından sonra onun cənazəsi həsirə bükülüb dəhlizdə pilləkan altında qoyulur. Tazə Sultan cənazə yanına gəldikdə şeyxülislam tazə Sultana müraciətən:

Bax, sənin axırın bu tövr olacaqdır, – diyor.

Salamlıq zamanında Sultan həzrətləri məscidə gəldikdə əskərlər onu padşahım, məğrur olma, səndən yuca Allah var, nəğməsilə qarşılıyorlar.

İstanbul əhvalı xeyli sakitdir. Qəzetələrin nümayişlər həqqində verdikləri məlumat həqiqətdən uzaqdır. Əhali hökumətə etibar etimad göstərməklə sülh müzakiratının axırını cahan müharibəsinin nəhayətini bəkləməkdədir. Hər cür sınamalar davam edib mal ilə məmlu olan dükanlar alış-verişə məşğuldur. Ərzaq cəhətdən əskiklik yoxdur. Ancaq qara çörək girvənkəsi 4 qəpikdən kartoçka ilə, çörək isə kartoçkasız azad bir surətdə 2 manat 50 qəpigə satılmaqdadır. Ət boldur qiyməti ucuzdur. Müslimə qadınlar arasında olan tərəqqi məni nəhayət dərəcədə şad məsrur etdi. Türk qadınları fabrika, zavod, mağaza, kontora, posta, teleqrafda işləyib nəhayət, darülfünunlarda leksiyalara qulaq asanlar da az degildir. Hətta İstanbulun zahiri görkəmi Türkiyə milli mədəniyyətinin qüvvətlənməsini isbat edir. Türkiyə evləri qədim türk üsulu ilə tikilib hal-hazıra qədər qədim türk memarlığı davam etməkdədir. Türkiyə mətbuatına gəldikdə, bütün mətbuat türk milli mədəniyyətinin canlanmasına çalışmaqdadır.

     

Parlaman həqqində

Rəsulzadə cənabları Müsəlman Milli Şurası sədri olmaq həsbilə bu günlərdə dəvət ediləcək parlaman məsələsindən bəhslə diyor ki:

Məlum olduğu üzrə təşrini-saninin 16-da sabiq Zaqafqasiya Seyminin müsəlman əzalarından 44 nəfərdən ibarət Müsəlman Milli Şurası dəvət edilir. Milli Şura parlamana təbdil edilib üzvləri isə 120 nəfərə qədər artırılmaqla qanunverici müəssisə olacaqdır. Bu vəqt parlamana Gürcüstanda Ermənistanda olduğu kibi əqəliyyət təşkil edən millət nümayəndələri daxil ediləcəklərdir. Müvəqqəti parlamanın davamı heç bir halda Məclisi-Müəssisan seçki işlərini dayandırmayacaqdır. Birinci növbədə parlaman cərəyan edən siyasi məsələlərin həllinə məşğul olacaqdır.

     

Qafqasiyanın müqəddəratı

Bən Azərbaycanı müttəhidən Qafqasiya hökumətlərinin muxtariyyətli bir hissəsi təsəvvür edirəm ki, bu hökumətlər Azərbaycan, Gürcüstan, Ermənistan Şimali Qafqasiyadan ibarət olmalıdırlar. Sülh konfransında ümumi mənfəətləri müttəhidülqövl mühafizə müdafiə etməkdən ötrü Qafqasiya cümhuriyyətləri arasında olan ixtilaflı məsələlər sülh təriqilə həll edilməlidir. Bu nəzəriyyatı biz əvvəlcə Zaqafqasiya Seymində yürütdüksə mütəəssüfanə bir para şərait ilə bizim arzumuzun vücudə gəlməsi məmaniətə düçar oldu. Ümidvar oluruz ki, hal-hazırda Tiflisdə iclas etməkdə olan Zaqafqasiya Cümhuriyyətləri konfransı Qafqasiyada sülh qardaşlıq bərpa edilməsi üçün ümumi bir dil tapar.

Azərbaycan”, 13 təşrini-sani (noyabr) 1918, №38

     

Müsaidkömək, münasib

Məsrursevinc, şən

Vəsailvəsilələr

Müttəhidülqövlsözübir

Xamisbeşinci

Sadisaltıncı

         

Rəsulzadə Məhəmməd Əmin bəyin nitqi

         Bu günlərdə Nuru Paşa həzrətləri şərəfinə kəşidə edilmiş olan ziyafətdə Azərbaycan Milli Şurası sədri İstanbul konfransı mürəxxəsləri rəisi Rəsulzadə Məhəmməd Əmin cənablarının söyləmiş olduqları nitqi eynilə qarelərimizə təqdim ediyoruz.

Natiq əfəndi diyor ki:

Böyük türk ordusunun qəhrəman zabitləri, gənc Azərbaycan Cümhuriyyətinin azad vətəndaşları! Şimdi hökumət rəisinin nitqini dinlərkən xatırladım. Bir il əvvəl idi. Xilaskar Osmanlı qardaşlarımızla bərabər olaraq duz-çörək yedigimiz bu salonda o zaman başqaları oturuyordu. Demokratizm prinsipini suyi-istemal edən bolşeviklər burada, türk müsəlman mərkəzində, yerli əmələ köylünün protestosuna rəğmən yabancı bir cəmiyyət təşkil eləmiş, bolşevik-daşnaksakan çətələri Bakıya müstövli olmuşlardı.

Bolşeviklər bütün aləm hüzurunda millətlərə kəndi müqəddəratlarını təyin etmək həqqini elan, dünyayı cənnət yapacaqlarını vəd eləmişlərdi. Xüsusi olaraq Lenin tərəfindən Qafqasiya fövqəladə komissarı təyin olunan Şaumyan naminə çıxarılmış əmrnamə ilə Türkiyə Ermənistanının muxtariyyəti dəxi elan olunmuşdu. Biz Azərbaycan muxtariyyəti tələb ediyorduq. Eyni zamanda daMüsavatümumi intixabla degil, təsəllüt yolilə toplanmış olduğuna mötəriz idik.

Fəqət bu muxtariyyət həqqindəki tələbimiz rus burjua firqələrindən ziyadə Bakı bolşeviklərinin etirazını mucib oluyordu; onlar bizə qarşı əngəllər törədiyorlardı. Nəhayət, açıqdan-açığa təhdidlərinə məruz qaldıq. Bizə dedilər ki: “Nahaq yerə səy ediyorsunuz. Azərbaycan muxtariyyətə layiq degildir. Siz muxtariyyət degil, onun əvəzində xarabazarlara nail olarsınız!

Əgər bu məqsədinizdən əl götürməz mücahidatınızda davam edərsəniz əmin olunuz ki, görəcəginiz müvəffəqiyyətlər yalnız qış günlərinə münhəsir qalıb müvəqqəti olacaq, yaz açılınca böyük Rusiya cəzanızı verməyə gecikmiyəcəkdir”.

O zaman vaqe olan bu təhdidlərə qarşı gərəkMüsavaticlasında gərək mətbuat səhifələrində müqabilə edərək – “məqsədimiz yolundakı mücahidədən vaz keçməyiz, Türkiyə ermənilərinə muxtariyyət vəd edən Leninin bakılı şagirdləri Azərbaycan muxtariyyətçilərini xarabazarlıqlarla təhdid etsələr , biz kəndi məqsədimizdən əl çəkməyiz, hər növ təhlükələri gözə alaraq mücahidəmizə davam edəriz. Bizim degil, sizin müvəqqəti bir qələbə çalacağınızı bilər, bundan dolayı sizi təbşir edəriz. Fəqət bir az da daimi qələbənin kimə aid olacağı həqqində düşünmənizi ixtar eyləriz. Əlbət ki, bir Lenin çıxar bizim muxtariyyətimizi təmin edər!” – demişdim.

İştə əfəndilər, bir sənə əvvəl təhdid olunduğumuz bu binada şimdi o sırada ümid etdigimiz bir zəfəri elan ediyoruz. Müvəqqəti qələbə onların, daimisi bizimdir! (Alqışlar).

İş sisliŞimal hürriyyətinəqalsaydı bu gün məhv olub bitmişdik. Lillahülhəmd ki, teyri-istixlasımız Cənubun bərraq saf səmasından doğdu, iştə onun həyatbəxş nurları ilə isiniyoruz (Alqışlar). Daimi qələbədən bəhs etdigim bu sırada çəkilməz fəlakətlər keçirmiş olan qəlblərə üfiqi-siyasətdə təraküm edən qara buludlar bəlkə bəzi əndişələr ilqa edər.

Fəqət bu əndişələrə məhəl yox. Türklər Bakıda ilk dəfə degildirlər. Böylə bir vəziyyəti-siyasiyyəyi Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vəqt Özdəmir oğlu Osman paşa bir miqdar əskərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd Bakıyı almışdı. Bir az sonra Hökuməti-Mərkəziyyə əqdi-sülh edərək Özdəmir oğlu yalnız qalmış, İstanbul tərəfindən tərk olunmuşdu. Fəqət o cəsur komandan məyus olmamış, əzminə xələl gətirməmişdi. Hər növ hücumları müdafiə etmək lazım idi. Osman Paşa Bakı neftini inhisar altına almış, ipəgə külli maliyyat vəz eləmiş, bu surətlə büdcəsini yoluna qoymuş, Bakı qalasını təmir edərək müdafiəsini Əhməd bəy namında bir komandana tapşırmış, kəndisi Dəmir QapıyaDərbəndə çəkilmişdi. Bu surətlə Bakı altı ay tamam mühasirəyə dayanmış, nəhayət düşməni rəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir! (Alqışlar).

Həzərat, maddətən qələbəyi-daimi qazanmış olduğumuznəuzu billahmüvəqqəti olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nemətlərdəndir. Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq. Topraqlarımız əsrlərdən bəri yekdigərini qaib etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi. O böyük fikrin yıldızı doğdu. Dan yeri ağardı. Osmanlıların benami-türkçilərindən:

Vətən Türkiyədir türklərə, Türküstan,

Vətən böyük müəbbəd ölkədir Turan

Deyən Ziya Gökalp bəy hərbi-ümuminin ibtidasında təfal edərək:

Rusiya dağılıb viran olacaq,

Türkiyə böyüyüb Turan olacaqdemişdi. Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət gətirən ən çətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir Nuru da (Nuru Paşayı göstərərək) iştə bizimlə bərabər! (Sürəkli alqışlar). Yaşasın əməl yolunda fədayi-can edən türk ordu zabitanı, yaşasın böyük Turan! (Təkrar sürəkli alqışlar).

Azərbaycan”, 14 təşrini-sani (noyabr) 1918, №39

     

Kəşidədüzəldilmiş

Müstövliortaq

Təsəllüthökmlə

Mötərizetiraz edən, müxalif

Mucibsəbəb

Təbşirşad

Bərraqparlaq

İstixlasxilas olma, qurtulma

Teyrquş

      

Şurayi-Milli rəyasətindən

        

Şurayi-Milli iclası bu gün saət 1- Duma zalında açılacaqdır. Şura əzalarından saət 12- gəlmək rica olunur.

Düvəli-əcnəbiyyə nümayəndələrindən ötrü xüsusi mövqe hazırlanmışdır.

Şurayi-Milli rəisi:Rəsulzadə Məhəmməd Əmin

Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, №41

(Ardı var)

 





21.04.2014    çap et  çap et