525.Az

Ekran nağılları (Kinorejissor Tofiq İsmayılov – 75)


 

Ekran nağılları <b style="color:red">(Kinorejissor Tofiq İsmayılov – 75)</b>

 1939-cu ildə Bakıda qulluqçu ailəsində anadan olub 190 saylı orta məktəbdə oxuyan Tofiq İsmayılov müharibədən sonrakı illərin əzab-əziyyətlərinə sinə gərməklə boş vaxtlarını dram dərnəyində keçirməklə aktyorluq sənətinin sirrlərini öyrənir. Gənc Tamaşaçılar Teatrının səhnəsində epizodik rollar oynayırdı. 1962-ci ildə M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra aktyor kimi Gənc Tamaşaçılar Teatrında əsas rolları bacarıqla yaradan Tofiq İsmayılov 1964- ildən təhsilini rejissorluq fakültəsində davam etdirməklə Tele-radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor kimi çalışır.

 

Azərbaycanfilmkinostudiyasında dublyaj rejissoru kimi işə başlayan  Tofiq İsmayılovun kino yaradıcılığında bir neçə məqamın əvvəlindəilkkəlməsini işlətmək gərəkdir. Məsələn, Moskvada iki illik ali rejissorluq sseanari kursununteleviziya rejissorluğubölməsində oxuyarkənAztelefilmin bazasındaŞəhrimin daşlarıadlı (1968) ilk kurs işi ilə uğur qazanan ekran rejissoru kimi özünü təsdiqlədi.  Ali rejissorluq kursunu bitirərkən diplom işi kimi Ənvər MəmmədxanlınınAnanın çırağıhekayəsi üzrə çəkdiyiİntizar  (1969) qısametrajlı filmi  o zaman Mərkəzi Televiziyada Ümumittifaq miqyasda göstərilən ilk ekran əsəridir. Mehdi HüseyninAbşeronromanı əsasında çəkdiyi üç seriyalıVulkana doğrufilmi seriallarımızın pioneridir.  Azərbaycanfilmkinostudiyasında çalışdığı illərdə otuza yaxın bədii-oyun sənədli film yaradan Tofiq İsmayılov məhsuldarlıq baxımından da liderdir.

 

Tofiq İsmayılov çəkdiyiOxuyur Müslüm Maqomayev” (1971) filmində ilk dəfə bu möhtəşəm sənətkarı müğənni, pianoçu, bəstəkar hətta heykəltəraş kimi göstərə bildi.

 

Sənədli elmi-kütləvi filmlər sahəsində ,daim öz peşəkar üslubunu cilalayan  Tofiq İsmayılovun ölməz rəqqasə Əminə Dilbazi barədəkiPrimafilminin, Tibb Universitetinin idman zalındakı çəkilişlərində kinooperator Fikrət Əsgərovu assisentlərin sürətlə sürüdükləri meşin döşəyə oturtmasının şahidiyəm. Mövlanə Cəlaləddin Ruminin 800 illiyi şərəfinə YUNESKO-nun keçirdiyi yubiley ərəfəsində Tofiq İsmayılovun  çəkdiyiGəl Rumielmi-kütləvi filmi (ssenari müəllifi Rəfael Hüseynov) filmi şairin həyatı məişəti türk xalqının etnoqrafik xüsusiyyətləri kontekstində təzahürünü tapdı.

 

On beş il ərzində  Türkiyədə Memar Sinan Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaqla, TRT kanalında çalışmaqla, İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət bölməsində sədrin müşaviri vəzifəsində çalışan Tofiq İsmayılov qardaş ölkədə türk dünyasının kino festivallarının, ədəbiyyat, opera sənətinə dair konsertlərin təşkilində yaxından iştirak etdi. Türkiyənin qəzet jurnallarında 50-ə yaxın elmi-publisistik məqalə dərc etdirdi, 18 seriyalıƏfv et məni, xocamtelefilmində çəkildi, qırğız yazıçısı Çingiz AytmatovunGün var əsrə bərabərromanı əsasındaManqurt qazax şairi Muxtar ŞahunovunÇingiz xanın sirrimənzum romanını İstanbul bələdiyyə teatrının sifarişi ilə səhnələşdirildi. Tədqiqatçı pedaqoq kimi Tofiq İsmayılovun həyatının İstanbul mərhələsinin ən böyük uğuru üç cildlikTürk cümhuriyyətlərinin sinema tarixiəsəri oldu. 

 

    

 

İncəsənət Universitetinin (ADMİU) rejissorluq, aktyorluq fakultələrini, Moskvada iki illik ali rejissorluq sseanari kursununteleviziya rejissorluğubölməsini bitirmiş Tofiq İsmayılovun Əkrəm ƏylislininGilas ağacıhekayəsinin motivləri əsasında yazdığı ssenari üzrə quruluş verdiyi eyniadlı film ilk epizoddan ədəbi mənbəyə söykənən diktor mətninin altında mühitin məğzini açan təsvir həlli ilə uşaqlarınbənövşə bəndə düşəoyununun nağara sədaları altında təqdimatının təbiiliyi ilə yadda qalır. Uşaq portretlərinin bənzərsizliyi, fərqliliyi həmən üzə çıxmaqla qədim oyunun təfərrüatının canlanması informasiya gerçəkliyini artırır. qızcığazın əlindəki saplaqlardan sallanmış qoşa gilasın fonunda bu meyvəyə həsr olunmuş mahnının nağaranın müşayiətilə xorla səslənməsi mövzunu diqqət mərkəzinə gətirir.

 

Ortaya düşüb gözəl rəqs edən qızın hərəkətlərinə Müşafər nənənin (Leyla Bədirbəyli) adekvat reaksiyası kinematoqrafikliyi artırır. “Gilas ki var sırğadır, gilas yeyən qarğadımətni ilə uşaqlara qoşulub rəqs edən Qulam babanın (Məmmədrza Şeyxzamanov) hamını həyətindəki bu dadlı meyvəyə qonaq etməsi ədəbi mənbənin uğurlu təsvir ekvivalentini yaradır. Quruluşçu operator Rafael Qəmbərovun obyektiv kamera metodu ilə, bir planda ustalıqla yaratdığı epizoddakı müharibənin başlanması ilə bağlı təsvirlərin cəngi sədaları altında izlənməsi mübarizə ruhunun təsdiqinə çevrilir.

 

Ədəbi əsərdəki palançı Qulam babanın dəyirmançı kimi verilməsi mühitin ifadəliliyini artırsa da insani münasibətlərin hekayənin ruhuna uyğun önə çəkilməsi diqqətdən yayınmır. Belə ki, cəbhəyə yola saldığı ərinə oduna özünün gedəcəyini bildirən qadının ağlamadığını, sadəcə gözünə çöp düşdüyünü deməsi, uşaqların atalarından ayrılmaq istəməmələri ifadəliliyi artırır. kənd kişiləri cəbhəyə yollandıqdan sonra Qulam kişinin imkansızlara ərzaq yardımı xeyirxah personajın psixoloji portretini yarada bilir. Çılpaq dağ yamacına sərilmiş kənd uşaqlarının fonunda çiçəkli gilas ağacının, çayın içində fırlanan su dəyirmanının pərinin, fasiləsiz çalışan Qulam kişinin, uzanıb gedən taxıl zəmilərinin tənha gilas ağacının bir-birini əvəz etməsi attraksionların montajını yaradır. Zəmidə başaq yığan qadınların söhbətində belə Qulam kişinin gilas ağacından söz açılması mövzunun bir an belə diqqətdən yayınmasına imkan vermir. Zəmidə ox kimi süzən qulanın çapmasının, əli oraqlı Sadığın taxıl biçməsinin, balaca Nigarın dərz bağlamasının gilas ağacının fonunda verilməsi belə təsvir həllini nizamlayır. bütün hallarda gilas  ağacının obraza çevrilməsi prosesi nəzərdən qaçmır. Evdə qənd olmadığından çaydan imtina edən Qulam kişinin müharibənin uzun çəkəcəyinə qüssələnməsi, atasının qara kağızını alan uşağın gözündə sanki dünyanın fırlanması audiovizuallığı artırır. Dən aclığı çəkən dəyirman daşının Sadığın üyütməyə gətirdiyi bir balaca torba kəpəyi udacağını bildirən Qulam kişinin evinə gətirdiyi uşaqla son güman yeri olan un kisəsinin dibini bölüşdürməsi ərzaq qıtlığını səciyyələndirir.

 

     lll

 

Kinorejissor Tofiq İsmayılovun quruluş verdiyi, gənclərin peşə yönümündən bəhs edənBizim küçənin oğlanları” (ssenari müəllifi Oqtay Orucov. 1973) filminin bəstəkarı Nazim ƏliverdibəyovunYollarmahnısının uşaq xorunun ifasında səslənməsi ilə yeni tikilən binalardan köhnə məhəllələrə keçidlə çöldə qoyulmuş televizorda göstərilənNu poqodini izləyən əhalinin uşaqlı qadınla evinə qayıdan mühəndis İbrahimə (Şahmar Ələkbərov) heyrətlənmələri mühiti açır. Səhər açıldıqda orta məktəbi yenicə bitirmiş Arif (Ənvər Həsənov), Tofiq (Salam İsmayılov) Rasimin (Ömür Nağıyev) özünə toyxana quran İbrahimin yanından keçərək şəhərə üz tutmaları, futbol oynayan uşaqların birinin yay gözlüyünün müzakirəsi Səriyyə xalanın (Nəsibə Zeynalova) qeybət qıran qadınları durdurması, şəhərdən qayıdan yeniyetmələrinAy məhəllə uşaqları, əl çalın oynayaqkimi meyxana ritmi altında rəqsləri, Arifin aldığı medala mahnı qoşulması məntiqi cəhətdən əsaslandırılmamaqla dramaturji strukturu yığa bilməsə , zurna nağara sədası altında hamının toya yığılması karnaval estetikası yaradır.

 

İbrahimin dul, yanı uşaqlı qadına evlənməsinə etiraz edən Mehdi kişi (Əliağa Ağayev) ilə Rüstəm kişinin (Ağasadıq Gəraybəyli) yarı xoş, yarı zorla məclisə gəlməsi, yeniyetmələrin qol götürüb oynamaları həqiqi musiqiçilərlə əsasən aktyorlardan ibarət kənd əhlinin struktura qoşulması təsviri  zənginləşdirir. Kəndin kənarındakı çayda balıq tutmağa hazırlaşan Arifin şəhərli qız Elmira (Sədaqət Dadaşova) ilə ünsiyyəti məkan əlaqəsini reallaşdıran sevginin simvoluna çevrilir.

 

Qızının patefonda Rəşid Behbudovun ifasında yeniyetmələrin arasındakı Əliş ((Tariyel Qasımov) üçün səsləndirdiyiAy ana, dostum evlənirmahnısını evə qayıdan Rüstəm kişinin yarımçıq kəsməsi digər sevgi epizodunu da mexaniki olaraq ortaya atır. nəhayət Mehdi kişinin  tibbə dair aldığı kitabları evinə gətirərək oğlu Rasimi həkim görmək istəməsi mövzuya dair ilkin ziddiyyəti yaxınlaşdırır. Hərbi məktəbə daxil olmaq istəyən Tofiqin atası Əbdülün (Məlik Dadaşov) oğluna: “Hansı peşəni seçirsənsə seç, peşəkar olmalısan!” deməsindən sonra onu meşədəki taxta zavodunda çalışdırmaq istəməsi, çayda balıq tutub oradaca ocaqda bişirib təbiətin qoynunda açdıqları süfrədə yeyən Ariflə Elmiranın peşə barədə söhbətləri  problemi yeni kontekstdə təkrarlayır. Ariflə söhbətində bioloq olmaq istəyib, ötən il imtahanda dodağına sürtdüyü boyanın tərkibini bilmədiyinə görə kimyadan kəsildiyini deyən Elmiranın mətni orta məktəb proqramından kənar olsa da, mövzu istiqamətini nizamlaya bilir. Yağışın yağması ilə süfrəni yığışdıran gənclərin qol-budaqlı ağacın altında gizlənmələri qızın göy qurşağının altından keçməsi təsvir həllini tapmaqla quruluşçu operator Rafiq Qəmbərovun da peşəkarlığını təsdiqləyir.

 

Ağsaqqalların şəhərdəki təzə binalarda yaşamaq əzabından söz açmaları, Rüstəm kişinin heç yerə köçməyəcəyini bəyan etməsi mövzudan kənar kənd-şəhər problemini yenidən önə çəkir. Mühəndis İbrahimin söhbətə qoşularaq meşə ilə dəmiryol arasında yerləşən yaşayış məntəqəsində mebel kombinatının tikiləcəyini çertyojlarda göstərməsi bir-birlərini itirəcəklərindən qayğılananlara: “Mən dağın arxasında olsa da dostumu taparam!” deməsi epizodu qeyri-müəyyənliklə bitirməklə sahildəki Elmira ilə Arifin rəqsi sevgi motivini yenidən qabardır. pul yığan qonşuların Arifi şəhərə oxumağa göndərmələri humanizmin təzahürünə çevrilir. Yük qatarının arası ilə gedərkən vaqonun altında çalışan, köməkçisi uzaqlaşmış  ustaya açar ötürən Rasimi atasının axtarması cəmiyyətdə hegemonluq edən fəhlə sinfinin gələcək nümayəndəsinin qətiyyətini təsdiqləməklə sosrealizmin tələbi yerinə yetirilir. Köhnə məhəllədəki qəbələlikdə həyatın yenidən qaynaması ilə şəhər mənzərələrinin göstərilməsi filmi bədii çərçivədə tamamlayır.

 

Arxiv sənədlərində xüsusən ssenarinin müzakirəsinə dair sənədlər başdan-başa təriflərdən ibarət olsa da, müəllifin əsərin məğzi barədə özünün yazdığı: “Çətin anlarda bir-birinə kömək əlini uzatmaq ideyasıcəmisi bir epizodda həllini tapır. 

 

Bununla belə çəkiliş prosesindən sonra Ümumittifaq televiziyasınınEkranyaradıcılıq birliyinin redaktoru İ.Vlasovanın: “Gələcək filmin materialda görünən komediya ruhunun montaj-səsləndirmə dövründə davam etməlitövsiyyəsinə əməl edən quruluşçu rejissorun mühiti yaratmaq, üstünlük verdiyi peşəkarlarla yanaşı yeniyetmə aktyorlarla da işləmək bacarığı göstərməsi maraqlı bir filmi ərsəyə gətirdi. 

 

lll

 

Şifahi xalq ədəbiyyatımızda fantasmoqorik obrazlı mühiti kəskin ziddiyyətlərin təqdimatı ilə seçilən, mükəmməl dramaturji modelə malikMəlikməmmədsehrli nağılı əsasında Oqtay Altunbayın yazdığıGecə yarıdan keçəndəssenarisində səksən yaşlı padşahın böyük oğlu Böyükxan çovkan oynayan igid, ortancıl oğul Xanməmməd isə yeyibyatan qarınqulu, kiçik oğul Xanəhməd isə tora düşmüş ceyran balasını xilas edən xeyirxah personaj kimi xarakterizə edilir. Padşaha alma tingi bağışlayan qocanın nağıllara xas olan rebustapmacaları əsasında Xanəhmədin ağıllılığı sübut olunur. Alma çubuqları ilə bağlı rebusGüc birlikdədir, yəni birliyi sındırmaq, məhv etmək olmazkimi ali qayə birbaşa təqdim olunur. Lakin hadisələrin gedişində qardaşlar arasında dramaturji ziddiyyət yaranmadığından onlardan hansının daha ağıllı olması xüsusi əhəmiyyət daşımır rebus oyunu klassik nağıl üslubuna uyğun gəlsə , hadisəlilik prinsipini uzaqlaşdırır.

 

Ssenaridə rebus oyununun Xanəhmədlə padşaha xələt qılınc bəxş edən şər qüvvələrin elçisi arasında davam etməsi burada elçinin bir xurcun qızılı padşahın ayaqları altına tökərəkSizin şimal qonşunuz mənim hökmdarımın düşmənidir. Hökmdarım sizə dostluq əlini uzadırsöyləməsi XanəhmədinSənin hökmdarın bizi qızıl ilə satın almaq istəyir. Ancaq qızılın göz qamaşdıran parıltısı xəyanətin qaranlıq uçurumlarını gizlədə bilməz azərbaycanlıların dosta sədaqət borcundan üstün ola bilməzcavabı hadisələrə dəxli olmayan xalqlar dostluğu mövzusuna xidmət edir. Şahın əmrilə ting bağda əkildikdən sonra qapısında üçbaşlı əjdaha keşik çəkən mağaraşər qüvvələrin mühiti təsvir olunur. Elçinin yeraltı səltənətin mücərrəd sahibinə sehrli almaların bar verəcəyi haqda xəbəri əsas hadisənin mövzu istiqamətini nizamlayır. Lakin əks qəhrəmanın mücərrədliyi, görünməməsi hadisələrin göz önündə inkişafına mane olur. Yeknəsək həyatdan təngə gəlmiş divlərin dərdqəmi dağıtmaq üçün üçbaşlı əjdahadan dağ otlarından hazırlanmış araq alıb içmələri nağıl arxaizmini müasirləşdirsə , dramaturji ziddiyyətə xidmət etmir. Beləliklə bu mürəkkəb quruluşlu ssenari əsasında kinorejissor Tofiq İsmayılovun 1982-ci ildə quruluş verdiyiƏzablı yollarfilmi ilkin ədəbi mənbənin strukturunu qismən təkrar etsə , ideya-məzmun baxımından tamamilə fərqlənir.

 

İlk kadrlarda quru otların, ağacın yanması lokal şərtilik yaratmaqla hadisələrin mühitinin tam açılışına təminat verə bilməsə , alovların əhatəsində, qaranlıq zirzəmidə divlər sarayının, filmin bəstəkarı Tofiq Quliyevin gərgin musiqisi altında təsvirindən sonra Hökmdarın (H.Məmmədov) quşların cəh-cəh vurduğu güllüçiçəkli sarayına gələn qocaya üç oğlunun birbiri ilə yola getmədiyini, xalqın dərdini heç birinin çəkə bilməyəcəyini, torpağın yağıdan qorunmayacağını söyləməsi problemi səciyyələndirir. Nağılçı qocanın (M.Şeyxzamanov) əlinin işarəsilə görünən təsvirdə tənbəl qardaşları Şahməmmədlə (Elşad Qazıyev) Xanməmməddən (Viktor Demirtaş) fərqli olaraq Məlikməmmədin (Ötkəm İsgəndərov) qartal yemləməsi Qarayelə qarşı durmağın mümkünlüyünü səciyyələndirir. Növbəti kadrda Qocanın əlinin gücü ilə açılan mücrüdəki divin bağından yığılan almaların olması çaşqınlıq yaratsa da, dünyanı viran qoyan Qarayelin (Haşım Qadoyev) Divlərini (Eldəniz Zeynalov, Siyavuş Aslan, Yaşar Nuriyev) sir-sifətdən adama çevirməsi yarımmifik personajları təqdim edir. Həmən rəqqasələrə çevrilən divlərin ovsunu ilə qardaşların yatırılması, Məlikməmmədin isə barmağını kəsərək müqavimət göstərməsi nağıl motivini yeni kontekstdə canlandırır. Div mücrüdəki almanı götürüb apardıqdan sonra Məlikməmmədin qardaşlarını çağırmasıgüc birlikdədirzərb-məsəlini struktura qoşur.

 

Almaları yediklərini bəhanə edən qardaşların yalan söyləməsi, Məlikməmmədin isə düzgün danışması doğruçuluğun təsdiqinə çevrilir. Atlanıb: “Bu köhlən atları çapıb gələrik, üç qızıl almanı qapıb gələriknəğməsi ilə almaların arxasınca gedən qardaşları qarşılayan Divlərin: Bircə dözək belə dərdə, yaşamağa qoymur bizi, bələkdəki bəbələr , it yerinə qoymur bizicavabını oxuyaoxuya vermələri ziddiyyəti uzatmaqla hadisəni soyutsa da, uşaq auditoriyasını ələ alacaq musiqili-komediya filmi estetikasına meydan açılır. “Div deyilik oyuncağıq dərdimizi demək olmur, adamları yemək olmur, adamların dadı qaçıb  mətnli mahnını oxuyan Divlərin: “Hamı yeyir birbirini, daha bizlik qalmayıbkəlmələri mövzu ilə əlaqəsi olmayan daha bir problemi üzə çıxarır. Yanan evdən qızcığazı çıxartmaqla xilaskarlıq missiyasını da yerinə yetirən qardaşların: “İgidin bığı çıxar, qorxağın canı çıxarmətnli mahnısından sonra mübarizəyə qalxan əhalinin Divləri basıb çaya tökməsi qələbə əzmini səciyyələndirir. adam yeməkdən bezərək öz aralarında vicdan məsələsini müzakirə edən Divlərin ruhən insaniləşdirilməsi onları şər konteksindən çıxarsa da, uşaq auditoriyasının marağı tənzimlənir.

 

Yatmış qardaşların silahlarını yığıb, atlarını oğurlayan Divlərin kitab oxumaq üstündə mübahisələri  komizmi üzə çıxarsa da, Məlikməmmədin hesabına çoxsaylı yırtıcı qartallarla dil tapan qardaşların yollarına piyada davam edərkən: “Yollar, yollar, yollar, yollar, çətin yollarmətnli mahnının fonda səslənməsi illüstrativlik yaradır. Yalnız qardaşların dərəyə yuvarlanan Şahməmmədi yuxarıya dartdıqları kəndirin az qala qırılacağı saspens yaratmaqla gərginliyi nizamlayır. Səhranın ortasında istiyə, susuzluğa, aclığa dözməyərək geriyə qayıtmaq istəyən qardaşlarından fərqli olaraq Məlikməmmədin almaların arxasınca getməkdə israrının: “Yolların çətini ömür yoludurmətnli mahnı ilə ifadəsi dramaturji yükü musiqiyə atmaqla illustrativliyi artırsa da, qarşıya çıxan quyunun üstündəki daşın götürülməsi nağıl motivini üzə çıxarır. Quyudan yanayana çıxan Şahməmmədlə Xanməmməddən fərqli olaraq Məlikməmmədin iradəsini göstərməsi nağıl hadisələrini irəliyə aparır. Qarayelin quyunun dibindəki sarayında gözəllərə çevrilməklə sinilərdə ləziz yeməklər gətirən divlərin: “Bu yol cənnət yoludur, gözəllərlə doludur, hurilər hurilər, ölü görsə dirilərkəlmələri ilə başlayaraq yemək-içməyin vəsf edən mahnını: “Keçdin divin dişinə, avam gedir işinə, hər tikəsi bu boyda, lap yekəsi qulağımdan xırdadırcümlələri ilə bitməsi musiqini təsvirdən önə keçirir. Divlərə Əsir düşən pərilərdən Pərizadın (Sonaxanım Əliyeva) Xanməmmədlə, Nurzadın (Həmidə Ömərova) Şahməmmədlə, Gülşadın (Leyla Manafova) Məlikməmmədlə ünsiyyəti ədəbi teatra çevrilsə , sevənlər qarşısında caduların gücsüzlüyü almalara doğru gedən yolun açarına çevrilir. Döyüşçü libası geyinməklə dünyaya ağalıq etmək istəyən Qarayelin başlarını vurdurmaq istədiyi qardaşlara arxa duran gözəllərin: “İgidin bığı çıxar, qorxağın canı çıxarmahnısının sədaları altında Qarayeli məhv edib, əmin- amanlığı bərpa etmələri filmi ictimai motivdə sona çatdırır.

 

 





21.04.2014    çap et  çap et