525.Az

Park Bulvarda xorvatiyalı turisti qarət etdilər


 

Park Bulvarda xorvatiyalı turisti qarət etdilər<b style="color:red"></b>

Bakıda xorvatiyalı turistin pul kisəsi oğurlanıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospektində yerləşən Park-Bulvar ticarət Mərkəzində qeydə alınıb.
 
Azərbaycana turist kimi gələn Xorvatiya Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Nladen Knotekin içərisində 23 manat və müxtəlif kredit kartları olan pul kisəsi oğurlanıb.
 
Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Zaytsev Yuli Yuriyeviç saxlanılıb, barəsində inzibati protokol tərtib edilib.

 





21.04.2014    çap et  çap et