525.Az

Bəs Markes heç doğulmasaydı?!


 

Bəs Markes heç doğulmasaydı?! <b style="color:red"></b>

Gecəni çox rahat yatmışdım. Bunu səhər oyanıb, həmişəki əzginliyimin canımdan çıxdığını duyanda anladım. Rahat yatdığım bu gecədə, ən sevdiyim yazıçı, dünyamızı tərk edibmiş. Bunu da səhər açılanda bildim. Doğrusu, kədərlənmədim. O mənim ruhumda lap ömrümün sonuna qədər yaşayacaq.

 

4 ya 5 il bundan qabaq, Markesin həyatı haqqında hələ heç oxumadığım zamanlar idi. Amma artıq əsərləri ilə tanışlığım başlamışdı. Mən Markesin onilliklər öncə yazdığı əsərləri oxuyanda, o ölmüşdü. Mən belə bilirdim. Oxuduğum əsərlərin heç birində müəllif yaşamırdı. Markesi sağ hiss edə bilmirdim. Özüm oxuduğum əsərin müəllifinə çevrilirdim. Yəni, mən Markesi illər əvvəl öldürmüşəm. O qədər sadə səmimi fikirləri var idi ki, mənim nəfəs aldığım dünyada Markes yaşaya bilməzdi. Yüz faiz ölmüşdü. Özü əsrlər əvvəl. Yəqin yaşadığı dünyanı yaxşılığa doğru dəyişib, gedib. Deyirdim, yəqin, onun ölümündən sonra hər şey yenidən çirkləniboxucusu idim, belə düşünürdüm. Onun haqqında xəyallar qurmaq mənim ən təbii haqqım idi.

 

Ona qədər çox yazarlar oxumuşdum. Hamısı səhv idi, Markes düppədüz. İlk dəfə müəllimimdən eşitdim ki, sağdır Markes, yaşayır. gözəl xəbər, yeni əsərlər yazar, birlikdə oxuyarıq. Amma...

 

Bu sabah onun ölüm xəbərini eşidib kədərlənməmişdim. Neynəmək lazımdır? Bilmirəm axı... Özü olsa, yenə nəsə yazar, onun ölümünü necə qarşılamağın yolunu öyrədərdi... Təsəllini yenə onunVida yazısında tapdım.

 

Mən Markesdən yeni yazılar gözləyirdim, indi isə səhhəti imkan verdikcə yazdığı o azdan da oldum. Özüm-özümlə danışırdım. Gördüm hisslərimi izah etməyi bacarmıram, susdum. Axı bu özü bir cavab idi. Onun gedişinə sakit səmimi bir reaksiya verdim.

 

Həyatda pis olan çox şeyə rast gəlmişəm, pis insandan başqa. Bəzən kiminsə həyatıma gəlişi rahatlıq gətirib, bəzənsə birinin həyatımdan gedişi. Markesin yaşaması vaxtı ilə məni çox rahatlatmışdı, indi o rahatlığı ölümündə tapmışdım. Demək, həqiqətən, unikal insanmış. Demək, oxucusuna lazım olduğunu özü hamıdan yaxşı bilirmiş. O, həyatdan getdi deyə üzülmürdüm, hətta yaxşı ki, bizimlə bərabər o da yaşadı deyə qəribə bir sevinc duyurdum. İndi onun gedişinə sevinməyim, o öldü deyə üzülmədiyim anlamına gəlməsin. Bəs əgər Markes heç doğulmasa, heç yaşamasaydı? Cavabsız sual budur, əslində...

 

İndi Markes doğrudan bu dünyada yoxdur, ancaq həm əbədiyyən var.

 

 





21.04.2014    çap et  çap et