525.Az

MTRŞ-də Bədii Şura üzvləri ilə görüş keçirilib


 

MTRŞ-də Bədii Şura üzvləri ilə görüş keçirilib<b style="color:red"></b>  Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Xəzər” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilib.
 
MTRŞ-dan APA-ya verilən məlumata görə, Bədii Şuranın üzvləri tərəfindən “Xəzər” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.  Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktor müavini, professor Fəxrəddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti Azad Şükürov tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülüb.
 
Qeyd olunub ki, növbəti görüş “Space” televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuranın üzvləri ilə keçiriləcək.
 





18.04.2014    çap et  çap et