525.Az

FHN əməkdaşı intihar cəhdinin qarşısını alıb


 

FHN əməkdaşı intihar cəhdinin qarşısını alıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı intihar cəhdinin qarşısını alıb.
 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
 
1983-cü il təvəllüdlü Aynurə Cəfərova özünü intihar məqsədi ilə Masazır gölünə atmaq istəyərkən qəsəbə ərazisində tikintisi dayandırılmış obyektdə xidmət aparan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Fərhad Tağıyev tərəfindən xilas edilib.
 





18.04.2014    çap et  çap et