525.Az

“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı“ keçirilir


 

“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı“ keçirilir<b style="color:red"></b>

Qafqaz Universitetində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz Universiteti birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ikigünlük "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı" işə başlayıb.

Aprelin 18-19 tarixlərində keçiriləcək tədbirin əsas məqsədi gənclərin ulu öndərə və onun layiqli davamçısı prezident İlham Əliyevə olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinÉ ™ çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaqdır. Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə töhfə vermək qarşıya qoyulan əsas məqsədlərdəndir.

Qeyd edək ki, «Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nın iştirakçıları tədbirin açılışından əvvəl dünən Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Konfrans iştirakçıları ümummilli liderimizin həyatını əks etdirən filmi izlədikdən sonra tədbirin təşkilat komitəsi adından dosent Babək Abbasov çıxış edib.

Bildirib ki, "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı"na Azərbaycan, ABŞ, İngiltərə, Almaniya, Kanada, İspaniya, Türkiyə, Rusiya, Misir, Yəmən, İran, Türkmənistan, Özbəkistan və Gürcüstanın gənc tədqiqatçıları tərəfindən 783 tezis təqdim edilib, onlardan 589-u qəbul olunub:«İştirakçı ölkələrin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfransda əsasən təbiət, mühəndislik və filologiya elmləri üzrə məruzələr dinlənilib. Keçən il olduğu kimi, bu il də Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan tezi slər üzərində maraqlı elmi müzakirələrin aparılacağı gözləniləndir».

Qafqaz Universitetinin rektoru Ahmet Sanic də çıxışında bildirdi ki, bu il təşkil olunan “Beynəlxalq Gənc Tədqiqatçılar” konfransı sayca ikincidir:«Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi “Gənclik bir millətin gələcəyidir”. 21-ci əsr elm əsridir. Siz gənc elm adamlarının simasında Azərbaycan elminin inkişafını görmək olur. Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. Siz gənc elm adamları da ulu öndərin əsərlərisiniz. Ümummilli lider Azərbaycan dövlətinin təməllərini atıb».

Rektor əlavə edib ki, Azərbaycan dünyada tanınmış, sənaye və texnologiyasını qurma yoluna girərək, sürətlə inkişaf edə n bir ölkəyə çevrilib:«Bu inkişafın gerçəkləşməsində Heydər Əliyev irsinin layiqli davamçısı prezident İlham Əliyevin əməyi danılmazdır. Onun sayəsində ulu öndərin atmış olduğu təməllər üzərinə bugünkü müasir Azərbaycan dünyada tanınır, tərəfdaş kimi qəbul olunur. Ona görə də siz gənclər cəmiyyətə fayda verəcək elmlə məşğul olmalı, əldə etdiyiniz nailiyyətləri layihə şəklində tətbiq etməlisiniz».

İqtisad elmləri doktoru, professor Əvəz Bayramov və fəlsəfə doktoru Eldar Aslanov da çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan konfrans xarici ölkələrdən gələn elm adamlarına ulu öndərin ideyalarının, eləcə də Azərbaycanda elmin səviyyəsinin yüksək olmasının təbliği baxımından əvəzsiz töhfə verəcək. E.Aslanov onu da qeyd edib ki, əhalisinin 60 faizini gənclər təşkil edən ölkənin belə konfranslar keçirməsi müsbət qarşılanmalıdır.

 





18.04.2014    çap et  çap et