525.Az

Türkiyə DİN: 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək


 

Türkiyə DİN: 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək<b style="color:red"></b> 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək. Bu sözləri Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Ə.Əla deyib: "Taksim meydanı hər hansı bir yürüşün keçirilməsi üçün uyğun deyil, bu səbəbdən 1 May yürüşləri taksimdə deyil, başqa yerlərdə keçirilsin".

Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının 1 mayda İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.
 





18.04.2014    çap et  çap et