525.Az

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var


 

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Neftçilər” Metro stansiyasının yaxınlığında qeydə alınıb.
 
50 saylı xətt üzrə hərəkət üzrə edən “Daewoo” markalı sərnişin avtobusu ilə 35 saylı xətt üzrə hərəkət edən “İsuzi” markalı sərnişin avtobusu toqquşub.
 
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Caməfər Balabəyov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
 
Qəza nəticəsində daha bir neçə nəfərə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 





18.04.2014    çap et  çap et