525.Az

Azərbaycan Ordusunda intihar hadisəsi baş verib


 

Azərbaycan Ordusunda intihar hadisəsi baş verib<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri intihar edib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





18.04.2014    çap et  çap et