525.Az

Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


 

Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b>

Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı bildirilib.
 
Eyni səbəblərə görə, bu gün saat 11:00-dan Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) də yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinə  məhdudiyyət qoyulacaq.

 





18.04.2014    çap et  çap et