525.Az

Ukraynada azərbaycanlı idmançı öldü


 

Ukraynada azərbaycanlı idmançı öldü<b style="color:red"></b>

Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov APA-ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.
 
Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinı baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Onun nəşi bu gün Azərbaycana yola salınıb.

 





18.04.2014    çap et  çap et