525.Az

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib


 

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib<b style="color:red"></b>

Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.

APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
 
Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.
 
Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.
 
O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.

 





17.04.2014    çap et  çap et