525.Az

Pərvinlə 255 saylı məktəbdə görüş keçirilib


 

Pərvinlə 255 saylı məktəbdə görüş keçirilib<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə Bakının Yasamal rayonundakı 255 saylı orta məktəbdə gənc yazıçı Pərvinlə şagird müəllim kollektivinin görüşü olub. Orta məktəbin direktoru Sevda Eminova görüşü açaraq bildirib ki, bu tədbir şagirdlərə, onların ədəbiyyata olan münasibətinə müsbət təsir edəcək. Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli deyib ki, Pərvin, gənc olmasına baxmayaraq, ədəbi aləmdə xeyli uğur qazanmış yazıçıdır: "Pərvinin "Qar yağacaq" adlı ilk kitabı "Təhsil" nəşriyyatı tərəfindən çap edilib bu kitab qısa zamanda müəllifinə böyük uğur qazandırıb. O, Gənc Ədiblər Məktəbinin ən fəal istedadlı üzvlərindən biri olub, hazırda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Moskvada Gənc Yazıçıların Birinci Beynəlxalq Seminarında iştirak edib, Gənclər İdman Nazirliyinin təqdimatı ilə bədii yaradıcılıq sahəsində "İlin gənc yazarı" mükafatını alıb".

Sonra söz Pərvinə verilib o, əsərlərindən parçalar oxuyub. Yazıçının yaradıcılığı ilə tanış olan müəllim şagirdlər ona müxtəlif suallarla müraciət ediblər. Sualları cavablandıran Pərvin məktəbdə belə bir görüşün keçirilməsi oxucuların xoş münasibətinin ona yaradıcılıq üçün əlavə stimul verdiyini vurğulayıb.

Şahnaz NƏBİYEVA

 





17.04.2014    çap et  çap et