525.Az

Naxçıvan Ədəbiyyat Muzeyində Mirzə Cəlil lektoriyası


 

Naxçıvan Ədəbiyyat Muzeyində Mirzə Cəlil lektoriyası<b style="color:red"></b>

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Naxçıvan Dövlət Universiteti ilə birlikdə Mirzə Cəlil lektoriyası keçirilib. "Molla Nəsrəddin" jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş lektoriyada universitetin Azərbaycan dili ədəbiyyatı ixtisası tələbələri iştirak edib. Lektoriyanı giriş özü ilə açan Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "Molla Nəsrəddin" jurnalını Azərbaycan ədəbiyyatı mətbuat tarixinin şərəfli səhifəsi kimi dəyərləndirərək jurnalın Azərbaycan ictimai-siyasi fikir tarixində, milli şüurun siyasi təfəkkürün formalaşmasında, milli ədəbiyyatın inkişafındakı rolundan danışıb.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov  "Molla Nəsrəddin" jurnalının nəşri tarixi barədə məruzə edərək Şərqdə ilk satirik mətbu orqan olan bu jurnalın əsas yaradıcı heyəti, qayəsi, janr mövzu rəngarəngliyi, əsas tənqid hədəfləri, mollanəsrəddinçi ədəbi məktəb yaratmaqla mətbuat ədəbiyyat tariximizdə  əvəzolunmaz yer tutması ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylinin başçılığı ilə mirzəcəlilşünaslıq istiqamətində elmi tədqiqatlar aparılır, görkəmli dramaturq, naşir-publisist Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin həyat fəaliyyəti, ədəbi irsi, jurnalın nəşri tarixi ilə əlaqədar yeni elmi faktlar arxiv materialları, əlyazmalar elmi-ədəbi ictimaiyyətə təqdim olunur.  Ustad Mirzə Cəlil onun mollanəsrəddinçi məsləkdaşlarının azərbaycançılıq məfkurəsi, milli istiqlal bəşəri duyğular uğrunda  mübarizələri həmişəyaşardır, gələcək nəsillər üçün örnəkdir.

Lektoriyada tələbələrin sualları cavablandırılıb, "Molla Nəsrəddin-108" sərgisinə baxış olub. Tələbələr "Molla Nəsrəddin" jurnalı onun yaradıcıları ilə bağlı eksponatlarla tanış olublar.

FİRƏNGİZ

 





17.04.2014    çap et  çap et