525.Az

Xilqət və qürbət şairi Məmməd İsmayıl


 

Xilqət və qürbət şairi Məmməd İsmayıl<b style="color:red"></b>

Uzun illər vətənimizdən uzaqda yaşamaq məcburiyyətində qalsa da, şair Məmməd İsmayıl, dünyanın harasında olmasından asılı olmayaraq, canı qədər sevdiyi vətəni Azərbaycanı  gücünün yetdiyi, adının böyüklüyü qədər sevgi ilhamla təmsil edir. Dünyanın müxtəlif ölkələrində, xüsusilə Rusiya yaşamaqda olduğu Türkiyədə istər əsərləri, istərsə elmi fəaliyyəti hər zaman mətbuatın diqqət mərkəzindədir, kitabları çap olunur, görüşləri keçirilir. Biz şairin haqqında çıxan yazılar əsərlərinin yayınlanması ilə bağlı xəbərləri  davamlı olaraq oxucularımızla bölüşməkdəyik. Son aylarda M.İsmayılın redaksiya heyətinin üzvü olduğu Moskvanın "Literaturnaya znakomstvo" jurnalın son nömrəsində  "Şərqdən baxış" rubrikasında Türkiyədə yayınlanmış olan "Rus şeir antologiyası" haqqında geniş  təhlili məqaləsi işıq üzü görüb, Türkiyədə  isə "Bercəstə" jurnalı şairin 75 illiyi ərəfəsində bir silsilə şeirini oxucularına təqdim etdib. "Çınqi" jurnalı isə aprel nömrəsində Məmməd İsmayıl haqqında geniş həcmli dissertasiyanın müəllifi, gənc tənqidçi Gülnar Səma Qasımlının "Məmməd İsmayılın şeirində nar" başlıqlı tədqiqat məqaləsini dərc edib. Bunlardan əlavə "Başarı" jurnalı son nömrələrində  M.İsmayıl şeirlərindən örnəklərə yer verib. "Başarı" jurnalı son sayında "Boğaz" televiziyasının yayın yönətməni, yazıçı Mustafa Atmacanın "Xilqət qürbət şairi Məmməd İsmayıl" adlı geniş araşdırma yazısına yer verib. Oxucularımız üçün maraqlı olacağını düşünüb həmin məqaləni dərc edirik. 

Hər kəsin bildiyi sözləri söyləyən, amma bildiyimiz sözcükləri bizə şeir yumşaqlığında duyğusallığında, üstəlik könül tellərimizə toxunan, yerli-yerində bir yazı  ahəngli üslub halına gətirənlər şairlərdir. Əgər kainatın ürəyi insansa, şair o ürəyi oxuyandır. Şairlik duyğu dənizində üzmək kimidir. Hər şair əbədiyyət sahilinə qədər üzə bilməz, çünki şairlik tək başına söz sənəti, dil canbazlığı deyil. Şair insanlığın içində bulunduğu olumsuz ya da uyğunsuz vəziyyətdən çıxış yolu arayan düşüncə dəryasıdır. Mən bir şairdən - Məmməd İsmayıldan bəhs eəcəyəm. Şair şerinin dərinliyi qədər  böyükdür. Məmməd İsmayıl o dərinliyi özündə saxlayan bir şairdir. Onu tərif etməyə tanıtmağa qalxışmayacağam. Görmək istədiyim öz baxış bucağımla onun fərqinə vardığımı, sənət ədəbiyyat  maraqlılarıyla  paylaşmaqdır.

lll

Şeirlərində ənənə ilə çağdaşlığı -içə xırman etmiş bir şairdən, ara-sıra ona söyləndiyi kimi, "Məmməd İsmayıl", amma çoxunluqla "Məhmət İsmail" deyə bəhs edəcəyəm. Məhmət İsmail şeirində, özündən gələn duyğu düşüncəni səsə dönüşdürüb duyğularını səsləndirməyi bacaran seçilmiş bir sənətkardır. Bəlkə çox iddialı olar, amma söyləməliyəm ki Məmməd İsmayıl bir  Vətən şairi olduğu kimi, həm   bir bədəndə könlü parçalanmış, həsrət, sitəm, qürbət, sərzəniş, ümit vəfa daşıyan şairidir. Bütün anlamlarda hər misraiçi şeirsəl zənginliyi çox güclüdür:

"...Qəlbindən  keçəni   Tanrı bilirsə

Dilə gətirməyin lüzumu yoxdu.

Yaxşın da yamana dönür sirsə

Qoy baxaq əlinin duzumu yoxdu?.."

deyərkən, hər cür vəfasızlığa sitəmini görürük.Sözə sənət qatıb duyğuları tərpədən quru kəlimələrdən, ruhu sarsan şeir meydana gətirən Məhmət İsmail  ümumilikdə "Türkçə şeir"in boyuna biçilən heca vəznindən istifadə edir. Amma onun şeirlərində şerin səsini gücləndirən alliterasiyalar cinas kimi  qafiyələrdən yaralanıb sənətə yeni anlam qatan özəllikləri sıx-sıx görmək  mümkündür. Yeri gəlmişkən bir cinas örnəyi vermək istəyirəm:

"...Səbəbi oldu tökülən qanın,

Neçin yurdun adı Qarabağ oldu?

Qarabağ...Qarabağ...Azərbaycanın

Yaralı köksündə qara bağ oldu..".

 Yaşanmışlıqlar, acılar, özləmlər sərbəst dolaşarkən özgür görünürkən çəkilən könül əsrarları, sevdiklərindən uzaq düşmələr, şairi kamilləşdirir.

"...Arının mənzili gələcəkdisə,

Keçmişi- gözləri dolan pətəkdi.

Musanı dağlara çəkən  nəydisə

Məni qürbətə o çəkəcəkdi..."

Onu çəkən həsrətimi, qürbətmi, yoxsa talemi? Ya hicrət, ya qürbət fərq edər insan ruhunu yetkinləşdirən, imtahan vasitəsi, ürək yanğınına başlı-başına  bir ələm çınqısıdır.

"...Ağacın gələcək meyvəsi şirin

Keçmişi tökülən çiçəyindədir.

Tək bircə misrası qalan şairin

Əli gələcəyin ətəyindədir..."

Ağac deyə kimi nəyi qəsd edir? Ağac şairmidir, vətəmidir? Şair, ya da Vətən çəkdikləri meyvəyə dönən çiçək kimidir, gözlənən olacaqdır, işin ucundan tutulmuşdur. Yenə "Allah unutmaz" şeirində dərin anlamlar barındıran düşüncələr qarşımıza çıxır:

"...Gözə  görünəcək  qəlbinə  daman,

Sonunda  səhəri  gətirər  gecə.

Səni  qürbətlərdə  çürüdən  zaman

Şerinin  yanından  yel  olub  keçər..."

Xilqət qürbət  şairi Məmməd İsmayıl həm bir ümid şairidir. O, Vətən həsrətiylə yanarkən, vətəndən uzaq düşməsiylə keçən zaman, onu neç vaxt unutdurmayacaqdır, bundan əmindir. Nədən? Cəlladların xatırlanmadığını, düşüncə insanlarının unudulmadığını da yaxşı bilir. Qəm, sahilə vuran dalğaların qıyıları öpdüyü kimi, sıx-sıx onu yoxlasa da o, yazdıqlarıyla qalıcı olacağından adına əmin olan kimi əmindir. Onun həsrətdən gələn hüznü qürbət ellərdə çəkdikləri uçub gedəcəkdir, çünki "Sonucda səhəri gətirər gecə" uzaqda qalsa da, "Qəmin sahil adlı sərhəd xətti var…"dır. Sahilə mütləq çıxacaqdır. Çünki "Mənzil kəsdi ümidini kəsmətdi"... Çünki "...Axşam gözlərimdən qaçan yuxunu" içində bulunduğu dönəm sayarsaq, "Səhər gözlərində", yəni gələcəkdə arayır aradığını. Yəni aramağa davam... Yəni çəkilmək yox... Yəni ümüd davanm edir. Çünki "...Məchul bir arzuyla vurar qəlbimiz/Quru yalandan da ümid gözlərik"...Çünki "Ömrün günləri qaradan çıxar"... Çünki "Görürsən gül bitər içindən qarın..." O da bir qardələn (danaqıran) kimi sonunda ortaya çıxacaqdır.

Məhmət İsmailin şeirlərində sitəm sərzəniş önəmli yer tutur:

"Ey Vətən, tez unutdun,

Bağrına badaş oğlunu.

Neylədi ki, ucuz tutdun

Çıxardın çıxdaş oğlunu..."

 

...Hər yetəni bəymi sandın,

Yadı bizdən yeymi sandın,

Məmmədi ögeymi sandın,

Dünənki qardaş oğlunu..."

Vətəni onu dışlamazdı, amma vətəndə kimlərsə "Bu yığvalı daş oğlunun" başına oyunlar gətirdi "Söz yayıb xətrinə dəydi".

Öz gerçəyini idrak etməkdə irfan vardır. O da bir ümidli Məmməd İsmayıldır. Çətin şərtlərə rəğmən dirəndi, amma qəhir sitəmi bir bilgəliklə söylədi:

"...Yumurta qabığı yuvada qalar

Çıxıb gələcəyə uçanda quşlar..."

Yuvasından, vətənindən, xalqından qopmaq məcburiyyətində qalışını, vətəni xalqını quşun yaranışına səbəb olan qabıq özünü quş olaraq özətləmiş ola bilirmi? Qabıq, onu Məhmət İsmail edən dəyərlərmi?Bu quş onun özümüdür? Bəs  onu dışlayanlar? Qürbətə çıxmasına səbəb olanlarmı qabıqdır? Vətəndən çıxsa da o özdür, özüdür, qabıq deyildir.

"...Sular çağlamada gələcək deyə,

Gələcək eşqiylə  göyərmədə dən.

Çıxdınmı, dönməyə yol yox geriyə

Bağışla, yumurta qabığı, vətən..."

İstər şairin özünə, istərsə onu istəmədiyi hallara düşürənlərəmi söyləyir. "...Boşuna döyməz qapını, yelin bir bildiyi var…" Bu duyğularımı tərpəşdirən sarsıdıcı ifadə içimi sızlatdı. Əsən yeldən belə yurdun səsini, xəbərini, ya qoxusunu gözləmək necə bir duyğudur?! "...Mənimlə  məndəki  mən  görüşmədi,/ Mən    deyiləm  mənə tanıdılan  mən..." - deyərək, vətənində onu yanlış anladanlara sitəm edir. "...Ölən ölüb getməz durduğu yerdə/ İnsan unudulan çağında ölür" - deyərək əslində unudulmayacağını, xalqın könlündə yer alacağını anladır. "...Dəniz yorulmaz, balıqçılar da, Yorulmaz sahildə durub baxanlar..." O sahilin qıyısında, bəlkə bir başa şairin özü onu beşikdə buraxıb getmək zorunda qalan atasının yolunu gözləməkdəydi, kim bilir! Talehin ona oynadığı çiləsiylə titrədik: "...Neyləyək, bizimki belə gətirdi, Bizə oxşamasın bizdən olanlar..."

"...Əsgər  yollarının üstündə bitən

Kəndlərdə göz yaşı qüllələri var.

Ərləri bir zaman cəbhədə itən

Qadınlar hələ Qərbə boylanar.          .."

yazıq ki, o qadınlardan biri şairin öz anasıdır İkinci Dünya Müharibəsinə göndərilən əri bir daha Qərbdən Şərqə, yəni evlərinə dönə bilməyəcəkdi...

lll

Şairlər üçün, "Bunu yazsaydı da, onu yazmasaydı", deyəcəyimiz durumlarla qarşılaşdığımız olur. Onun şerlərində isə "hansını ələ alıb da yazsam" deyə düşünürəm. Xatirəsi belə olmayan bir atanın  həsrəti hey ürəyindədir. Anasıyla böyümüşdür. Ayrılıq anının gözüyaşlı mənzərəsi:

"...Bu soyuq sətirlər bir şey deyirmi,

Səsi sonra çıxdı yağan qarın da

Bir ana düşünün yaşı iyirmi,

Bir oğul, çox olsa, yaşyarımında..."

Zəngin yalnızlığının ilk ortaları ilə bizi tanışdırır: "Biz dörd nəfər idik/Təpəl qoyun idi, Gəzəl alma idi, Anamdı, məndim..."

lll

Anası, əlbəttə, tutunduğu budaqdı, amma alını bəyaz kəkilli  "təpəl" qoyun, nar qabığı rəngi yarpaqlarıya "gəzəl" alma ağacı da onun gəlişməsindəki ilk önəmli möhürləriydi. "Mən güldən, bülbüldən yazan deyiləm..." deyərkən acıları, vətəni, milləti əlbəttə insanlıq üçün daha  çox önəm verdiyi dəyərləri yazmaq varkən, gülə eşq nəğməli bülbül olmayacağını söyləməsi dərdinin dərinliyini, sorunlara duyduğu sorumluluğu göstərmiş olmalıdır. "...Mən ki dözüb durdum, dəli olmadım, Mən şair deyiləm, atam-qardaşım…" -  sözlərində birilərinə qızğınlığını sərzənişini görürük. Türklük onun başqa bir sevdasıdır, mənsubiyyətini dərindən hiss edir:

Aləmə igidlik doğan anadır,

Yolu gün doğandan gün batanadır

Ünvanı yer adlı bir vatanadır

Bir ay sevgisidir, bir gün sevgisi

Türkün sevgisi..."

Türklük Vətən sevgisi onun zirvələrdəki dəyəridir. Bu misralardan türklərin (ya da türkülərin!) getdiyi, gedə bildiyi yeri Vətən bildiyini, uyumlu olduğunu anlıyırıq... Şeirlərində ruha xitab edən zəngin  bir lirizmdən dastani bir temadan bəhs edə bilərik.

Misralarında qızğınlığı görsək ,  qisas duyğusuna kinə rastlamadıq. Şeirləri bir fikrə hamilə təzə gəlin incəliyində sözcüklərlə ifadə edilir. Sanki qeybdən gələn ilahi fikirlətr misra qəliblərinə sığmaq istətmir. Onunçün ümid vazkeçilməz  dirənci artıran təməl daşıdır: "Ümidini qeyb edən özü bir ümid yeri..." misralarında da heç bir ümid yoxsa belə, adamın özü ümidə başlanğıc olmalıdır:

"...Mən imdad dilədim, sən yaxa çəkdin,

Gah vara üz tutdun, gah yoxa çəkdin.

Günahsız könlümü günaha çəkdin

Aldadıb bir şeytan qadında məni..."

Önündəki misralar nəysə , son misradakı  "qadın" kəliməsini biz ayrı yerə yozduq. Mövqe vəzifə ağır, oynaq baldırlı, aldadan şeytan bir qadına bənzər ki, həqiqi durumu fərq edlməzsə, hey aldadacaqdır.

lll

Qoxusu gənziyi yaxan, bəzən nəfəs alarkən belə nəfəssiz buraxan bir həyatın insanı olan şairin, həm özü, həm sözü işlənəcək cövhər kimidir: "...Dinənmi günahkar, yoxsa susanmı..." - deyərkən əslində yazmağı, danışmağı seçdiyini, susamadığını, başına gələcəklərə qatlanmağı gözə aldığının ifadəsini anlayırıq. "...Adam olmaqdan usandım/ Dəli olmağa gedirəm..." - desə kamillik sınmış misralarını görürük:

"...Keçib gəldim neçət-neçə ölümdən,

Yaşamadım, yaşatmağı başardım.

Sözdən qeyri gəlirdi əlimdən

Ürəyimi boşaltmağı başardım..." -

desə söyləyəcəyi bitib-tükənməz. Bizim üçün "tikən olub gözə batan" bir şairi anlatmaq asan deyildir. Xırpalanmaqdan çəkinməyən, olması gərəkən doğru üçün canını verməyə hazır olan Məhmət İsmail susmaz, üstəlik əsrlərcə yaşamaq haqqı qazanar:

"...Qəlbindən  keçəni Tanrı bilirsə,

Dilə gətirməyin lüzumu yoxdu.

Yaxşın da yamana dönür sirsə,

Qoy baxaq, əlinin duzumu yoxdu..."

Anadoluda da qədri-qiyməti bilinməyənlər üçün "əkməyinin tuzu yok" deyirlər. O qədər gör, özünü parçala, sonunda tərslən, dışlan "heç"ə sayıl, fərqində deyillərmiş kimi davransınlar! Belə olduğunda Məhmət İsmailin ruhu, əlbəttə, tərpənəcək üsyan edəcəkdir.

"...Gözə görünənin gözünü deşmək

Ocağın gözünü deşmək deyil ki..."

Gözü deşmək! Ocağı deşmək! Vicdanlar kor kar olanda eyni "deşmə"yi eyni insan da yapa bilir.

"...Bir ki, hamının dilinə düşmək,

Hamının qəlbinə düşmək deyil ki..."

İzah etməyə, açıqlamağa gərək varmı, bilmirəm. Dilə düşməklə, könlə düşmək aradakı fərq, izaha gərək qalmayacaq qədər anlaşılandır, amma burada önəmli olan, könlə düşəni çəkə bilməyənlərə  ona dözümü olmayanlara çəkinmədən söylədiyi sözlərdir. Kin nifrətin olduğu yer zamanlarda, könüllərə düşənlərin söylədikləri insanlara, havasız qalınan bir anda, yeni bir nəfəs olmaq kimi gəlir. Bax, o zaman "...Sabun köpükləri suyun üzündə" qalırkən "Yeraltı irmaqlar  axar dənizə..."

Sabun köpüyü... Yeraltı irmaq... Necə bir ifadədir bunlar?! Acı verən zülm edənlər nəhayətində sabun köpüyüdür. İnsana  uyumlu davranış hər zaman qalıcıdır. Göz önündə olunmasına, görünməsinə göstərilməsinə izin verilməyən insan sevgilər böyüyüb tərəftar bulan sözlərə, axan irmaqlara, böyüyən dənizlərə bənzəməzlərmi?! Onu dışlayanlar, ölkəsindən uzaq düşməsinə səbəb olanlar şair sözündə görünməzmi?

"...Olsun yatan baxtım sizə hədiyyə,

Vaxtı oyadanlar, baxtı oyatmır.

Adım cərgənizdən silinib deyə

Bircə əlinizin xınası çatmır..."

Siyahi... Önəmsizlər ya da önəmsənənlər siyahisi! Vətəndaşlıq qeydi. Sitəm qəhri bir arada ifadə etmək üçün şairin çox səbəbi var.

"...Vətən eləcə xəyaldı burada,

ad verəcəksən bu seçkinliyə.

... canından artıq sevdiyin yurda

Ayağın dəymirsə üç-beş günlüyə..."

Uçarı bir uşaqlıqmı keçirdi, yoxsul bir gənclikmi, bilmirəm, amma bildiyim, ötkəm bir ixtiyar dəliqanlı olduğudur. Ürəkli, dirəncli, başqılara rəğmən özünü unutmayan bəlkə düşüncələrini daha çox yaşatmağa zaman tükədən bir şair görürük. "Qələmi durnalar salan lələkdən" olan, "kəlamı, röyasına girən mələkdən" öyrənən "Özünü öz bələyindən açan", öz içindəki özünü ortaya çıxaran bir şairi anlamaq anlatmaq, qədər mükəmməl ifadə edilsə , həqiqətən əskik qalır. Təqdir etməkdə bir  hədd  gərəkdir. Daha irəli getmirik. Bir Məhmət İsmail "bələyini özü açan" şair  olmanın  dərin mənasını hüzünlə sevincindən çözməyə çalışarkən,"...Buraxın ünvanım dünyada qalsın/ dönmək gümanım dünyada qalsın/Buraxın məni…" deyən üsyankar insanı görürük. Haraya gedəcək görəsən? Qafasında gedəcəyi yer haradır? "Dünya" dediyi vətənmi ki?! "O Dünya" dediyi əbədi həyatmı ki?! Köməyə gələn yox, ammayenə hər şeyə rəğmənOna görə"...Dünyanın qar yeridir/ Dünyanın bahar yeri..." ən gözəl  çiçəklərin qar qalxdıqdan sonra cücərdiyini bilən bir müdrikin, hər cür çətinlikdən sonra umudunu saxladığı anlaşılır. Bəlkə şairin dərin zehnində bir unudulmaq acısı vardır: "...Vətənin çıxış yolu/Unudulmağa gedir..." desə , insanoğlunun insanı ağlından çıxarmayanları unutduğu görülməmişdir. Ümit hüzünlə yan-yanadır axı. Necə ki, şair nöqtəni belə qoyur:

"...Yox, daha içimə bənzəməz çölüm,

Ömrün günləri qaradan çıxar..."

Sanki bu misralar da yetərli deyilmiş kimi "...Sonucda səhəri gətirir gecə..." misrasına baxacaq olsaq, "...O dərdini açmaz sizə/ Özünədir hər sualı..." desə , "...Gəribin gözündə tez batar  günəş/ Qürbətdə həvəsdən tez düşər axşam..." desə belə... Hətta hətta "...Mən ki bir yolçuyam gedər-gəlməzə..." deyən insanın içinə bir ağır hüzün çökdürən  insanın bədəninə  bir gül tikəni kimi batan misrasına rəğmən "...Görürsən gül bitər içindən qarın..." ifadəsindən ..."Mənzil kəsdim, ümidimi kəsmədim..."ə bənzər bir çox vurğusundan anlayırıq ki, Onun "köhnəliyi" ya da "təzəliyi" qədər onun əlində deyildir, amma yenə ağla ilk öncə Vətən gəlir.

Məhmət İsmail hər cür məhrumiyyətə dışlanmaya, qəhrə, basqıya, həsrətə rəğmən öncə dediyimiz kimi bir ümid şairidir. Öyünməyən, utanılacaq bir halı tövrü olmayan, bir dik duruşlu, bəlkə ara-sıra da dik başlı bir şairdir Məhmət İsmail.

"...Ağlımdan keçən fikirdən

Özüm heyrətə düşdüm.

Daş yerində ağır olur

Mən  nədən qürbətə  düşdüm..."

Səbəbini özü yaxşı bilir əslində qürbətə düşməsi (ya düşürülməsi!) əyilib-bükülmədiyindəndi. Daha öncə bəhs etdiyim qürbətmi, hicrətmi? "Payız budağından qürbətə düşən yarpaq" kimi onun bəxtinə   hər çətinliyə baxmayaraq  şeirlərində həyata bağlılığı   gözə çox çarpan şeirlər yazmaq düşüb. "Dərd satıb qəm alıb borc eylə"yən biri olduğuna vurğu yaparaq, insan ömrünə bənzətdiyi mövsümlərlə: "...O yazı anladıq, bu güzü duyduq/ Sən mənə bu qışı tərcümə elə..." deyərkən, ömrünün sonuna, yəni qışa gəldiyini qəbullanmağın ifadəsimi anlayaq, ya da onu dışlayanların başına gələcək sonmu? Biz ikinci ifadəni məqbul sayırıq. "...Yaşaya-yaşaya sonunda ömrün/Bu "gün var, yarın yox" zamanı gəldi", deyir. Vaxtın daraldığını etiraf edən bir baxış ifadə dışında o misra, əslində Tanrıya təslimiyyətin ifadəsidir. Dəyərbiçilməzlik yükləyir özünə, sonra da bir dərs verir ağılalmaz bir biçimdə.

"...Kimsə məni xatırlamaz,

Kimsəyə lazım deyiləm..."

Necə rahatsız olmur?! Bu necə xoşgörü, açıqürəklilik, alicənablıq?! Nəfsini yenmiş olmaq, özünü aşmış olmaq, onun müdrikliyin zirvə nöqtəsinə çıxarır. "...Qəfəsə salınan yoprğun ürəyin" vətəndən uzaq qalmaq isə "uçmağı unutmamış" olması, ulaşmaq istəyinin vaz keçilməzliyi kimimi başa düşülməli?!

Məhmət İsmail, həyatı gerçəkçi gözündən ələ alan, şeirini o gerçəkçi gözlə yazan  bir şairdir:

"...Zaman aralıqda qara çizgidir

Ömür keçib gedir bu boş çizgidən.

Üz-üzə gecəylə gündüz güzgüdür,

Bir tale boylanır iki güzgüdən..."

İki güzgü! İki ayna yəni! Biri Azərbaycan, biri Türkiyəmi?! Bir onu dışlayanlar, bir onun özümü?! Bir bu, bir o biri dünyamı?! "...Ölən  ölüb getməz durduğu yerdə İnsan unudulan çağında ölür..." deyərkən, bir neçə misra daha əlavə edər:

"...Dünyaya gəlməkdə varmıdır səhvim

Bu dünya kimləri dərdə salmadı?!

Dərdə  dəyirmançı olmaq görəvim

qədər üyütdüm dərd azalmadı..."

"Bu dünya" dediyi onu qürbətə göndərdikləri vətənmi görəsən, ya da yaşadığımız dünyamı?!Səhvən dünyaya gəlmədiyi hər halından bəlli.O, bu dünyaya bir önəmli görəvlə gəldi şair oldu, bir bilgədir, görəvini gərəyincə yapmaqdadır.

Yenə  onun "Zamanın ələyi ələndikcə" üstdə qalacağını diqqətlə baxıldığında xalqın üzündə deyil ürəyində görünəcəyini bilirik.Ayrılıq, onun dərinindəki qanayan yarasıdır. Ən çox hansı misrasında əks olunmuşdur göz yaşını gizlər, bilmək istərdim.

Məhmət İsmailin şeirinin duyğu dənizində, çox insan üzəcəkdir. Əgər insanlıq həsrəti, Vətən özləmini sevgi, sitəm, qəhr, vəfa başqa dəyərləri ruhunda yaşamağı sürdürsə, Məmməd İsmayıl şeiri sonsuza uzanan bir duyğu ifadəsi olarq  qalacaqdır. Anasızlıq ananın, atasızlıq atanın, vətəndən uzaqlıq vətənin, həyat yaşam da ölümün daha yaxşı anlaşılmasını gətirmişdir şeirinə yansıtmışdır. Coşğulu ikən belə onun hüznünü, ürəyi  sarsılmış bir uşaq kimi titrədiyini hiss edərsiniz. Sevinci fərq edilsə belə, ürəyində yer etmiş acılar vardır. Qırılmağı gözə almış qurumuş budaq kimi əyilib bükülməyən, amma  fikirləri yaşıl yarpaq kimi təzə hər çətinliyə baxmayaraq, ümidlərini Azərbaycanın insanlıq üfüqlərinə asmış bir şairdir. Hər şair öz həyatının şeirini yazar, amma əslində insanı, insanlığı yazar. Ustada sağlıqlı bir ömür diləyən

Mustafa ATMACA

 





16.04.2014    çap et  çap et