525.Az

Keçmiş polis qanunsuz çıxarıldığını iddia edir


 

Keçmiş polis qanunsuz çıxarıldığını iddia edir<b style="color:red"></b>

Bir neçə gün öncə Qubadlı rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, hazırda Sumqayıtda yaşayan Şamxalov Ramiz Əyyub oğlu tərəfindən redaksiyamıza məktub daxil olub.

R.Şamxalov müraciətdə azad edildiyi işə yenidən qaytarılması üçün aidiyyatı qurumlardan xahiş edib.O, müraciətində qeyd edib:

"1991-ci ildə Daxili İşlər Nazirliyinin Qubadlı Rayon Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləmişəm. Qüsursuz xidmətə görə 2-ci 3- dərəcəli medalı təltif olunmuşam. Əlaçı polis işçisi nişanı ilə təltif edilmişəm. Məharət dərəcəm ustadır. 26 aprel 2013- il tarixli Ə/300 saylı əmrlə Sumqayıt şəhəri 1-ci Polis Bölməsinə ezam olunmuşam. Bütün bunlara baxmayaraq bəzi şəxslər tərəfindən barəmdə qərəzli, yalan məlumatlar yaradılıb. Nəticədə  faktlar araşdırılmadan, məni dinləmədən bunları həqiqət kimi qəbul edərək 19 avqust 2013- il tarixdəƏ1831 ş/h-001-13 əmri ilə Azərbaycan Respublikası DİO-dan xidmətə tam yararsız olması barədə Attestasiya Komissiyasının rəyinə əsasən xidmətdən xaric olunmuşam.

Məni xidmətdən xaric edərkən qanunların heç biri nəzərə alınmayıb. Bütün göstərdiyim xidmətlərdən sonra necə ola bilər ki, mən yararsız olum? Məni xidmətdən qanunsuz xaric ediblər. Mənim üç övladım var. Onların məktəbə gedib-gəlməyə, hətta gündəlik yaşam tələbatı üçün heç bir maddi vəsaitim yoxdur. Aidiyyatı şəxslərdən, qurumlardan xahiş edirəm ki, Qubadlı Rayon Polis Şöbəsinə sahə inspektoru vəzifəsinə qaytarılmağıma köməklik etsinlər".

AQİL

 





02.04.2014    çap et  çap et