525.Az

Ədəbiyyat xadimlərimizin əsərləri "Mişov dağı"nın səhifələrində


 

Ədəbiyyat xadimlərimizin əsərləri "Mişov dağı"nın səhifələrində<b style="color:red"></b>

Artıq 20 ildən çoxdur ki, Tehranda Mişov Mədəniyyət Cəmiyyəti tərəfindən ərəb əlifbası ilə Azərbaycan dilində "Mişov dağı" toplusu nəşr olunur.

AzərTAc xəbər verir ki, dərginin əsas məqsədi İrandakı soydaşlarımızı ana dilimizdə maarifləndirmək, zəngin folklorumuzu, klassik və müasir ədəbiyyatımızı araşdırmaq, yeni nəslə çatdırmaq, milli-mədəni, tarixi abidələri, dəyərli tarixi şəxsiyyətləri tanıtmaqdır.

Toplu dinimizə, milli adət-ənənəmizə, dilimizə ehtiram və məhəbbət hissini aşılamağı da qarşısına məqsəd qoymuşdur.

Dərginin ötən il üçün sonuncu - 8-ci nömrəsində bayatılar, ibrətamiz hekayələr, klassik ədəbiyyatdan nişanələr, soydaşlarımızın yaradıcılığından nümunələrlə yanaşı, Azərbaycan ədəbiyyatına da geniş yer ayrılmışdır. Onun səhifələrində Süleyman Rüstəmin "Təbrizim" şeiri, Nəriman Həsənzadənin "Nuru Paşa" poeması, Əli Şamilin "Bir qaqauz şairi" araşdırması, Atababa İsmayıloğlunun "Molla Qeybullanın sərgüzəştləri" lətifələri və digər yazılar dərc edilmişdir.

Toplu xalq qəhrəmanı Səttar xana həsr olunmuş "Milli sərdarımız Səttar xan" məqaləsi ilə tamamlanır.

 





15.02.2014    çap et  çap et