525.Az

Dərdin arxasınca yüyürən şair


 

ƏLİSƏMİD KÜRÜN 60 YAŞINA

Dərdin arxasınca yüyürən şair<b style="color:red"></b>

Heç inanmaq istəmirəm ki, dostum, gözəl şair Əlisəmidin bu il  fevral ayında 60 yaşı tamam olur. O Əlisəmid ki, onu səksəninci illərdən tanıyıram Azərbaycanjurnalına şeirlərini təqdim edəndə İsa İsmayılzadənin necə sevindiyinin şahidi olmuşam. Sən demə, İsa müəllim Əlisəmidin şeirlərini hardasa onun öz dilindən eşidibmiş, o şeirləri jurnala gətirməyi xahiş edibmiş. Səhv eləmirəmsə, bizim tanışlığımız da o zamandan başlandı. Səksəninci illərin Əlisəmidi mən bilən, Kür təxəllüsü ilə  təzətəzə çıxış edirdi. Əlisəmid Cəfər oğlu Mehdiyev Salyanda dünyaya göz açmışdı, uşaqlığı, gəncliyi Kürün sahillərində keçmişdi. Kürün sahillərində çox şairlər, ədiblər doğulub, amma xasiyyətini, xarakterini Kürdən götürən, Kür kimi dəli-dolu, coşqun, ilhamı yatağına sığmayan iki şair tanıyıram-biri rəhmətlik Əliağa Kürçaylı idi, ikincisi dostum Əlisəmid. Hər ikisinin şair təxəllüsü Kürlə əbəs yerə calaşmayıb.

Əlisəmid Kür bu altmış il ərzində həyatın sevinclərini dadıb, acılıqlarını da. Bəlkə acılıqlarını, qəhər-qüssəsini daha çox görüb, amma dəxli yoxdur, dözüb hər dərdə indi Əlisəmidi Bakının küçələrində dik-dik yeriyən görəndə tanıdığı, sevdiyi dostlarının qarşısında uşaq səmimiyyətilə hal-əhvallaşanda deyirsən ki, ondan bəxtəvər adam yoxmuş.

İndi cavanlığındakı o Kürlükdən heç qalmayıb. Yəni bir haqsızlıq görəndə Kür kimi coşub-daşan Əlisəmid  indi yumşalıb. O da bizim bir çoxumuz kimi başa düşür ki, yaş o yaş deyil. Amma o Kürlüyü biz Əlisəmidin şeirlərində görürük, Əlisəmid şeirlərində yenə Kürdür..

Bu sözləri ona görə belə ürəklə deyirəm ki, mən Əlisəmidi bir şair kimi çox sevirəm onun ilk şeirlərindən tutmuş indiyə qədər bütün yaradıcılığını izləmişəm. Doxsanıncı illərin əvvəllərində Əlisəmidin şeirləri barədə bir məqalə dərc etdirmişdim. Adı belə idi: “Şair üçün özünəməxsusluq təzə sözdür,nisbətən təzə sözdür”. O məqalədə yazmışdım: “Əlisəmidi öz yaşıdlarından seçib-ayıran, fərqləndirən nədir niyə bizözünəməxsusluqsözünü onun şeirlərindən söz açanda yada saldıq?  Mənim fikrimcə, Əlisəmidin hər bir şeiri zəif, ortabab qüvvətli təsir bağışlamasından asılı olmayaraq öz şeir ömrünü yaşayır. Ola bilsin ki, bu mənada onun bir çox şeirləri artıq öz ömrünü bitirib, bəziləri son günlərini yaşayır, yerdə qalan şeirlərə gəldikdə isə, onlar Əlisəmidin yaddaşından-şair taleyindən, oxucu xatirəsindən silinən deyil.Belə şeirlərdən biri bəlkə birincisiKüləklə göndərilən məktubdur:

Mən gələnə qədər

qəfəsdəki sarı quşu

burax azadlığa;

qəfəsdə saxla kədəri,

Gözlə

Ulduzları sayıb

qurtaran kimi dönəcəm geri.

    

Onlarla, yüzlərlə ayrılıq şeirləri oxumuşam, amma bu şeirdəki ayrılıq, bundan doğan qüssə, sıxıntı tamamilə başqa təsir bağışlayır.

    

Gözlə!

Qayıtmağa ümidim var,

yollar qınayır məni.

Gözlə!

Göz yaşım rəngdədir

yağan yağışlar-

Gözlə!

Küləklər üfləyir

duz səpilmiş yaramı.

    

Əgər bu şeirə qiymət verməli olsaq, ikicə söz deyə bilərik: işıqlı hüzn! Amma başdan-ayağa misralarından qəm-qüssə yağan bu şeir həm işıqlıdır.

ƏlisəmidinÇərçivələr”, “Yanırdı Cəlil kamança”, “Əllərin çıxardığı səs”, “Yaşıdım bina, yaşıdım çinar”, “Rəngli kölgələr”, “Qaranlıqdan o yanaşeirlərini səciyyələndirən başlıca cəhət ondadır ki, V.Q.Belinskinin təbirincə desək: “Şairin bütün şeirləri məzmun forma etibarilə qədər müxtəlif olsa da, ümumi bir simaya malikdirlər, onların yalnız özünə məxsus olan xüsusiyyətləri vardır, çünki bunlar hamısı bir şəxsiyyətin, vahid bölünməz bir mənliyin məhsuludur”.

ƏlisəmidinRəngli kölgələradlı ilk kitabına gözəl şairimiz Nüsrət KəsəmənliQapı-qapı açılan qaranlıqadlı ön söz yazmışdı. O ön sözdəki bu cümlələri indi xatırlayıram: “Əlisəmid özünü yazır, özünün kədər dünyasını qaranlıqlar içərisindən sürüyüb yaralı əsgəri döyüş meydanından çıxaran kimi  aparmaq istəyir. Ancaq hara aparasan? Dərd sənin dərdindir, dərmanı da səndədir. Dərmanı bu dərdin yazılmağıdır. Kimi dərdini suya danışır, kimi vərəqlərə. Əslində, su da, dərd eyni yol keçir. Biri torpağın qaranlığından, o birisi isə duyğuların sirli, sehirli qaranlıq bir dünyasından axıb gəlir. Əlisəmidin şeirlərini oxuya-oxuya birdən hiss etdim ki, o, yazmaya bilməz. Çünki Əlisəmid əsl ömrünü  yazılarında yaşayır”.

Əlisəmidin şeirləri elə onda da, indi öz dilinin aydınlığı, bədii təsvir vasitələrinin zənginliyi əlbəttə, amma səs çalarlarının polifonikliyi ilə diqqəti cəlb edən poetik təhkiyəsiylə oxucunu cəlb edir. Məsələn, hələ 1996- ildə qələmə aldığı  Kentavrşeirində Əlisəmid özünün poetik məramını ortaya qoya bildi. Əlbəttə, o fikirdə deyilik ki, “KentavrƏlisəmidin ən gözəl şeiridir. Sadəcə olaraq, bu şeirdə Əlisəmid onun digər şeirlərinə xas olan özəllikləri ilə diqqəti cəlb edirdi. idi bu özəlliklər?

    

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam

Qaçmağı hallı adam

Hara gedir, Yaradan?!

    

Mifik kentavrla ağır taleli, kürəyi yüklü adamların taleyi arasında bir məna axtaran Əlisəmid XX əsrin faciəli bir məqamını ümumiləşdirmək istəmişdir. Doxsanıncı illərin son dərəcə qarışıq, xaotik mənzərəsindən bir görünüşü  canlandırmaq istəyi ilə yazılan bu şeirdə heç bir sətiraltı mənaya, “alt qataişarə duyulmur. Mifik obrazla real insanlarınqovuşmasıbirmənalı şəkildə başa düşülür, yəni insanın kentavra oxşadılması zahiri səciyyə daşıyır.

    

Hara qaçırsan, KENTAVR?

Kimdən qaçırsan, Kentavr?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə.

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar-döyüşə!

    

Ümumiyyətlə, Əlisəmid simvollara, rəmzlərə o qədər meyl eləmir.  Onun şeirlərində həyatın, cəmiyyətin, yaxın təmasda olduğu mühitin reallıqları əks olunur: cındır paltarından cin ürkən uşaq sabunlu əliylə gözünü ovur. O uşağın yeganə arzusu budur ki: bir güllü köynək alacam, bir zolaqlı şalvar, bir qara eynək, gedəcəm Fəvvarələr meydanına adamlara tamaşa etməyə.  Əlisəmidin Laçının işğalına həsr etdiyi şeirdə indi dağılmış qarışqa yuvasıdı məmləkət... İndi üzü qibləyə qarğış edir belibükük qarılar. OnunDilənçi şəhərşeiri boyaların sərtliyi ilə diqqəti cəlb edirdi:

    

Bütün dilənçiləri tanıyıram şəhərdə...

Sən ki dilənçi deyilsən, anam-bacım!

Səni bu günə salan var!

    

Əl açmağa qalıb sənin əlacın

Boynunu bükmüsən yolumun üstə.

Mən səndən kasıbam, ay anam-bacım,

Özüm can verirəm qolumun üstə.

    

Buradan haraya baş alıb qaçım?

Dilənçi əkilib hər qarışına.

Bir gün mən özüm əlimi açıb

Tanrım, çıxacağam

sənin qarşına. 

    

Doxsanıncı illərdə bu tipli şeirlər mətbuatda tez-tez çap olunurdu, amma onların əksəriyyəti sırf publisistika ilə yoğrulmuşdu, Əlisəmidin şeirlərində isə poeziyanın sərt nəfəsi duyulurdu. Çiçək ətri duyulmurdu bu şeirlərdə, çünki: Çiçək yox, adam satırlar, Kül başına gül bazarı! Adam üyüdür köhnə dəyirman, Yanında da Qul bazarı.

Ümumiyyətlə, Əlisəmid bütün şeirlərinə zamanın, gerçəkliyin ağrı-acılarını hopdurur. OnunKentavrQan-tər içindəşeirlər kitabından istənilən bir şeiri oxuyun, bu şeirlərdə insan taleyi zamanın sınaqlarından keçir, hətta sevgi şeirlərində sırf aşiqanə lövhələrlə nadir hallarda rastlaşırsan. Onun fərdi üslubuna xas olan bir cəhəti qeyd etməyi lazım bilirik. Əlisəmidin şeirlərində bir rəssam fırçasından hopan cizgilərin bədii sözün qüdrətilə necə canlandığının da şahidi oluruq.Bu misra-lövhələrə diqqət yetirin:Siqaret tüstüsündən saralan barmaqlarım payıza qalan yarpaqlar kimi bir gün töküləcək sənin ovcuna.Yaxud: Ağacın dərdini yarpaqlar çəkir, çəkirlər-torpağa dönənə qədər. Hər payız beləcə...Hər payız yarpaqlar köçəndən sonraağaclar ölür ayaqüstə”.

Şeiriyyət aləmində müxtəlifizmlərdən söz açırlar, buizmlərdən şairdüzəldibkiminə modernist, kiminə sürrealist, kiminəsə postmodernist deyirlər. Əlisəmidi bunların heç birinə aid eləmək mümkün deyil mənim fikrimcə, o, başdan-ayağa həyat şairidir, öz dərdlərinin millətin dərdlərinin şairidir, qara günlərimizin şairidir, işıqlı günlərimizin şairidir, təbiətin, Kürün şairidir.

    

Gecəsi-gündüzü yox şairlərin..

Bir vaxtda, bir saatda

Şeirlər yazılır

olandan, olmayandan,

doğru sözdən, yalandan,

bu dünyada insana

qalandan, qalmayandan.

    

Bir vaxtda, bir saatda

Dünyada qədər şeir yazılır-

Sevgidən,

ümiddən, kefdən

Vətəndən.

    

Bir vaxtda, bir saatda

Neçə nakam şairim

Oturub kamerada,

səngərdə,

divanda.

Şairlər əl çəkmir sevdiklərindən-

sevgidən, ümiddən, kefdən,

Vətəndən.

      

Biz Əlisəmidin keçən əsrdə yazdığı şeirlərindən söz açdıq, bu şeirlər onun fərdi üslubunun, özünəməxsusluğunun bir çox cizgilərini qəti olaraq ortaya qoydu.  Əlisəmid bu şeirlərdə dəyişən zamanın lirikmən oyatdığı intibaları qələmə alırdı. Onun 2002-ci ildə yazdığı şeirlərindən Bayıl türməsinin qoxusu gəlirdi: Gözün aydın, Bayıl türməsi, bir yaralı aslan salındı qəfəsə, gözün aydın! Əlbəttə, türmə şeirlərini Əlisəmidin əvvəlki şeirləri ilə müqayisə etdikdə, hardasa səviyyə fərqi diqqəti cəlb edir, amma o şeirlərdə poeziya adına çox şeylər var. Ən başlıcası budur ki, türmə şeirlərində  zərif kövrək hisslər daha güclü idi. Məsələn, “Sənə skripka borcluyam, oğlum!” şeiri həmin silsilədə xüsusilə seçilirdi:

    

Birinci solo konsertindən sonra

söz vermişdim

sənə skripka alım, oğlum!

Sənə skripka alacaqdım, oğlum,

Bu qara sevdalar çıxmasaydı yoluma.

İndi həsrətindəyəm

çiyninin üstə sarı simə toxunan

barmaqlarının qəribə yerişinin.

İndi yuxularında

vurğunu olduğum o virtuoz zənci qızı

ayrılıq sonatası çalır

səninlə birlikdə.

O, skripkadabəyaz libasda,

Sən qara skripkada, qara frakda.

    

2009-cu ildə ƏlisəmidinAzərbaycanjurnalında işıq üzü görən şeirlərini oxuduq. İndi qətiyyətlə demək olar ki, Əlisəmid Kür müasir poeziyada özünün şair fərdiyyətilə seçilə bilir.Yəni fərdi dəst-xətti, həyat hadisələrinə orijinal yanaşma tərzi,özünəməxsus ifadə üsulu ilə diqqəti cəlb edir.Yenə zamanın ritmi duyulur şeirlərində.. “Yoxa çıxan xan sarayı”, “Elçibəyin qırxı”, “Vahidin qəzəli, Cabbarın qavalı havalı-havalı”,  İtirdiyimiz dağların yeri görünür, Adil Şirin!”, “O qara eynəklininşeirləri Əlisəmidin 90- illərdəki şeirlərinin davamı sayıla bilər. “Bir anda yüz il yaşadımşeirində Əlisəmid ata ocağındakı qərib düşüncələrini oxucularla bölüşür mənim fikrimcə, həmin şeiri mən bütün ömrü boyu dərdin ardınca yüyürən Əlisəmid Kürün etiraf şeirlərinin önündə görürəm.

    

Hamını yadıma saldım

bir gün ata ocağında.

Bir anda yüz il yaşadım,

Bir anda yüz il qocaldım.

Titrədi atamın baş daşı,

ürpəndi anamın əlləri.

         

Titrəyə-titrəyə qalxdım ayağa,

Dilimdən bir kəlmə

söz çıxmadı.

Öpdüm əllərindən xatirələrin,  

Öpdüm gözlərindən ayrılıqların.

    

Burada bir məqamı da xatırlatmaq istəyirəm: Əlisəmid bir müddətYolədəbiyyat qəzetinin baş redaktoru olub deyim ki, o qəzet öz səviyyəsinə görə seçilirdi, fərqlənirdi. Əlisəmidin bir az rəssamlığı da var Yolqəzetində bunun izləri aydın görünürdü. Amma ən əsası o idi ki, qəzet çox məzmunlu çıxırdı o zaman da, indi bu sözü qətiyyətlə deyirəm: “Yolən gözəl ədəbiyyat qəzeti oldu.

...Altmış yaş. Baba yaşı, Ata yaşı. Şair yaşı. Sənə bu soyuq fevralda üzü bahara doğru yaşıl-yaşıl günlər arzulayaq...  

 





27.01.2014    çap et  çap et