525.Az

M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri- İlk dəfə


 

"İstanbul səyahəti həqqində Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı"

M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri- <b style="color:red">İlk dəfə</b>

M.Ə.Rəsulzadə – 130

Bu barədə ilk dəfə        

Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən M.Ə.Rəsulzadə nümayəndə heyəti Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə şərh izah etmək üçün çox geniş fəaliyyət göstərmişlər. Hətta 1918-ci il iyulun 3- vəfat etmiş Osmanlı sultanı V Mehmedin dəfn iyulun 4- Sultan VI Mehmedin taxta oturması mərasimlərində iştirak etmişdilər. Sentyabrın 6-da M.Ə.Rəsulzadə onun yoldaşları VI Mehmed tərəfindən qəbul edilmişdi. Azərbaycan Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan bildirmişdir ki, Azərbaycana lazım olan bütün yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə özü bu barədə geniş hərtərəfli məlumat vermişdir.

Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə ilə bir sıra müsahibələr dərc olunmuşdur. Məsələn, İstanbulda nəşr olunanYeni məcmuənin 25 iyul tarixli 54- nömrəsindəMilli məsələlərrubrikası ilə onun müxbir Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc olunmuşdur. Bu vaxta qədər bu müsahibə tədqiqatçıların nəzər diqqətindən kənarda qalmışdır. Bakıya qayıtdıqdan sonra isə Məhəmməd Əmin bəy İstanbul səyahəti ilə bağlı geniş bir konfrans təşkil etmişdi. O, Rusiyada, İranda, Türkiyədə Qafqazda bilavasitə şahidi olduğu ümumiyyətlə, Avropada cərəyan edən hadisələri öz milli təfəkkürünə uyğun şərh etmişdi. Qeyd edim ki, M.Ə.Rəsulzadənin həmin konfransdakı çıxışıAzərbaycanqəzetinin 3 nömrəsində (17, 20 22 noyabr tarixli 42, 45 47-ci nömrələr) “İstanbul səyahəti haqqında Rəsulzadə Məhəmməd Əmin bəyin konfransısərlövhəsi ilə dərc olunmuşdur. Bu yazıların əhəmiyyətini nəzərə alaraq onları “525-ci qəzetin oxucularına təqdim edirəm.  

Cümə günü 15 təşrini-sanidə (noyabrda) Türk ocağı salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir konfrans verdi. Natiq cənabları səhnəyə çıxar-çıxmaz alqışlar ilə qarşılandı.

Konfrans təxminən öylə başlandı:

Əfəndilər! Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin nəzəri, huş guşi həp əfkarı bir şeyə mərcudur (yönəlmişdir). Üsuli-siyasəyyə hamımızı işğal ediyor.

İstanbulda Aləmi-İslamın mərkəzində bulunduğumuz sırada gördüklərimiz şeylər, aldığımız təəssürat xatirat ilə sizi aşina edəcəgiz. üçün Türkiyə müharibəyə girdi? üçün öylə bir surətdə hərbdən çıxıyor? Türkiyədə əhval yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində düşünürlər? əhvali-hazirə kibi bir mövqe işğal edəcəgi xüsusunda sizə söyləmək istiyoruz.

Hərbi-ümumi başlandığı sırada Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman Türkiyə Balkan müharibəsindən yeni çıxmışhəm məğlub olaraq çıxmış idi. Burada o böyük Şərq məsələsi Türkiyə məhafilini (ictimaiyyətini) mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar, yaxud bitərəf dursa? Bu məsələ hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt Rusiya bu gün gördügümüz yorğun, məğlub, dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi, çalışdığı daima Aləmi-İslamı, böyük türklügi əzməklə gələn bir hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya başqa türk irqi ilə məskun yerlərin kibi bir istibdad altında olduğu hamıya aşikardır. O günlər Türkiyə müharibəyə atılmazsa idi icbarən boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda arpa ilə İngiltərəyi təchiz edəcək yekdigərinə olduqca kömək edəcək idi. O zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan sıxışdırdığı kibi get-gedə iləriləyəcək idi. Rusiyada böylə təzəlzülə (sarsıntıya), böylə inqilaba düçar olmaz işlərin sonunda müharibədən qalib olaraq çıxacaqdı.

Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf Dövlətləri zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu.

Türkiyə bitərəf qalamıyacaqdı. Çünki qəhhar dövlətlərin hankisi düşərsə türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf qalmaq imkanı yox idi. Nitəkim yunan, İran istənildigi kibi müharib dövlətlərin keyfinə tabe oldu, hüdudu onlar üçün tamamən açıq buraxıldı. Nəticədə bir faidə çıxmadı. Odur ki, Türkiyə öylə vəziyyətə məruz ola idi, olsun ki, Türkiyə istər-istəməz övzai-zamanə siyasiyyəti tədqiq etdikdən sonra müharibəyə girdi. Girməsinə səbəb Rusiyanın etilaf zümrəsində olduğundan dolayı məlum ki, Türkiyə bu zümrəyə qarışıb getməli idi. Türkiyə hərbə girməzsə idi, o zaman qaliblər həpsini başındaCəmiyyəti-Əqvamşüarı ilə bu gün meydana çıxmış Vilson degil, istibdad heykəli-mücəssəmi olan Nikolay duracaqdı. O zaman gərək islamiyyət, gərək türklük nəşvü-nüması ümidləri büsbütün sönəcək cahanda bu qədər qan tökmə nəticəsində yenə zülm istibdad paydar olacaqdı.

Türkiyənin bu müharibədə iştirak etməgə olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər (tarixçilər) Türkiyənin bu müharibəyə girməsindən qələm yürüdür isə böylə hökm xaricində bir hökm vermiyəcəklər.

Türklər üçün bu cahan müharibəsi bir çox siyasi ictimai məsələləri həll edəcək qəti bir cavab verəcək müharibədir.

Bu müharibədə fədakarlıqların yüksəkligi gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat xaricindədir. Hələ Çanaqqala müharibəsində 4 yüz minə qərib qurban verən türklər qazanc götürdülər degil, kəndi həyatlarını müdafiəyə qadir olduqlarını isbat etmişlər. Artıq göstərdilər ki, həqiqətən onlar Vətən yolunda lazım gələrsə ölə bilərlər. Düşmənlər qədər insafsız olsalar da böylə bir cihadi-kəbir yapan ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz!

Bu müharibədə türklər bir şey daha isbat etmişlər ki, türk əskərinin vəqtində qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum ehtiyacı ödənsə bu əskər öylə bükülməz bir qol təşkil edərsə, heç bir kimsə o qolu bükə bilməz. Nasıl ki, kəlibillah mərkəzə yaxın olduğundan, zaman-zaman silahı, aşı, suyu gəldigindən türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis, firəng digərləri kibi qüvvətli düşmən zərbələri bunları qaytarmağa müvəffəq olamadığı kibi, Türkiyə onlar qarşısında məğlub olmadı.

Halbuki Rusiyada digər Avropa dövlətlərində olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli dəniz toplarına qarşı çox zaman fəqət köks gərmişlər zirehliləri batırmışlar.

Böylə bir millət heç bir vəqt həqqi-həyatdan məhrum ediləməz. Türkiyədə şu müharibədən sonra hər kəsin Çanaqqala müharibələrinin mənzərələrindən söylər, mədhiyyələr ilə mütəhəssis olur. Hər kəs bu müharibədə bir adamını qeyb etmiş, qardaşımı, özümü, pədərimi, burada iştirak etmiş hər kəs sənə bu müharibədən mənqəbələr (təriflər) nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən bəhslər açar. Bu müharibədə alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs burada şəhid olmaq üçün əmr bəkləmədən hərbə soxulduğunu söyləyəcəkdir.

lll

Mərkəzi-islama gəldikdə oradakı ənənatı, o gözəlligi, o məhasını (əzəmətini) tamamilə dərk etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz ki, islam nöqteyi-nəzərində İstanbul bədayei içində yeni bir həyat doğuyor. O vəqt anlarsınız ki, yolda üçün bu qədər fədakarlıqlar olur, xarüqələr göstəriliyor. O zaman etiraf edərsiniz ki, yeni doğmaqda olan həyat uğrunda həqiqətən fədakarlıq etmək türklər üçün lazımdır.

Məəttəssüf Türkiyədə degil, bəlkə Aləmi-İslamın həpsində ictimaiyyət Avropadakı kibi olmayıb fəlc bir halda qalmışdır.

Avropanın bütün ictimaiyyəti xəlqinə xəlq üçün doğuyor.

Ədəbiyyat ümum heyətilə xəlq ruhilə, xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə böylə degil, ədəbiyyatın əsaslarını xəlqin malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək müxbirdir. Fəqət onu bir araya gəlsə onlarda bir ümumiyyət, bir həyat olmaz. Qiymətli bir həyati-ictimai islam məmləkətlərinin heç birində yoxdur. Bunun ən doğru şəklini İranda görərsiniz. Küçələr bir zibil yatağı, hər tərəfə baxılsa bir xarabazar, bazardakı satıcılar əlinə zir-zibili qarşısındakı çaya atar, suyunu öylə bir hala gətirər ki, baxmaq istəməzsən. Haman bu ümumiyyət halını qiymətsiz edən, alçaldan cənabın həyat qapısından içəri girdikdə evində bir cənnət olduğuna şaşıracaqsan, bu nədir! Onun xüsusiyyəti üçündür.

Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar, fəqət xüsusi həyatından ləzzət aparar.

Ədəbiyyat da öylədir. Şeirlərimiz hər bir şairin öz zövqünə mütabiq olmuş, olsa-olsa ətrafındakı bir takım əhbabı (dostları), rüfəqası onu anlar, yaratdığı bədiələr, gözəlliklər fəqət onun kəndisi üçün imiş zənn edər, xəlq üçün yaramaz.

Qərbdə isə böylə degil. Orada bütün ədiblər, şairlər xəlq dərinliginə atılıb onun içərisində duyduğu təəssürata, gördügü həyata həp yazdığını uydurar. Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə tərcih verilər.

Qərbdə bugünki tərəqqi ilə bizdəki bu inhitat (tənəzzül) bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir.

Şərqdə bir zaman yüksək bir mədəniyyət var imiş. Lakin o da xas olub gündən-günə zəifə izmihalə uğradı.

Avropada isə ümumə mal olan mədəniyyəti-ammə (xalq) sayəsində özünə tərəqqi yollarını aradan buldu bu gün ondakı qələbə ilə bizdəki məğlubiyyət həp bundan dolayıdır.

İştə bunu da türklər ep iyi anlamış bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat Türkiyədə gözəl bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı fəqət xəlqin qalın təbəqəsinə enir yazılanların həpsi xəlq üçün yazılır. Türklər ədəbiyyat yolunda çox çalışdılar. Bu vəqtədək onlarda bir çox tərcümələr olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir. Çünki iqlimdən iqlimin fərqli vardır. Hər yerdə bir xüsusiyyət bir ümumiyyət olar. Sənət, elm, fənn ümumidir. Dil, din, ənənat, ruh başqa-başqadır. Bunların hər birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə almaq lazımdır.

İşbu belə Türkiyədə olmuş idi. Türklər bu vəqtədək London səyahətindən, Parisdən, Hinddən digər yerlərdən əhəmiyyətsiz şeylərdən belə bəhs edib bircə Anadolunu bu gün bütün xarüqələr, bütün rəşadətlər yaradıcısı, həp İstanbulu başqa yerləri ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə nümunələri İstanbulda, türklərin nəsi varsa İstanbulda idi. Anadolunun məktəbi yox, sənaəti yox, bəlkə belə həyatı da yox kibi idi.

Şimdi isə öylə degildir. Yeni cərəyan Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından yazıyor, dərdinə ağlıyor.

Bu da siyasətə təsir ediyor. Türk məhafili buna diqqət etməgə başlıyor.

Əbdülhəmid zamanı İttihad Tərəqqi firqəsi düşünürdü ki, hürriyyət olsa, hər millət kəndisini unudar. Hamısı qardaş kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə bir düşüncəni həyatə , siyasətə tətbiq etdilər. Fəqət məşrutiyyət zamanı gəldi. Kimsə kəndisini unutmadı. Arnaudlar, ermənilər, ərəblər, hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər qaldığını artıq gördülər.

Bir türk mütəfəkkiri söylüyor ki, – bən türklügümü fəqət hər millətin Türkiyədə kəndisi üçün çalışdığı zaman duydum.

Türklər ümumən böylə bir fikrə gəlmiş idi. Ona binaən türklərin siyasəti böyük bir təbəddülatə uğrayıb hər şeydə milliyyət iləri sürülmüşdür. Lakin burada da bir qədər yanlışlıq, bir qədər ifrat edilibdir. Məlumdur ki, hər kəs öz millətini istədigi kibi digərini istəməz. Hər kəsdə bir milliyyət fikri müqəddəs tutuluyor. Lakin bir fikrin müqəddəs olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə yürüdülsə fikir namüqəddəs olacağı bəlli. Məsələn, bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə inkar etməz. Fəqət bolşeviklərin apardığı siyasət, tutduğu yol namüqəddəs olduğundan bu gözəl məsləki kibi şəklə saldığını gördünüz. Aləmi kəndilərindən mütənəffir etməklə həpsini bolşevizmədən ürkütdülər.

İştə bu müqəddəsmilliyyətfikrində türklər bir çox ifratə uyduqlarından dolayı bir çox yerlərdə məmurlar digər millətlərə qarşımilliyyətdən suyi-istifadə etdilər. Ümuri-idarələrdə əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti qənimət bilən bundan dolayı üsyan qaldıran ermənilər həqqində rəva görüldü. Lakin üsyan bir ermənilər miyanında vaqe olmuyor. Ərəbistanda asilər olur. Türk ordusu çəkildigi yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar. Böylə ki ümumiyyət üzrə Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor. Bundan maəda türk dörd il degil, səkkiz il, bəlkə bir az fəzlədir ki, müharibə ediyor idi.

Dörd illik müharibədə Avstriya parçalanmağa başlamış, Almaniyada isə böylə bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu kibi hər bir cəhəti qüvvətli dövlətlər böylə taqətfərsa müharibənin təzyiqindən bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən əli üzüldü. Türkiyə mütarikəyə məcbur oldu.

lll

Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin arasında olan müharibədən ədd edilməlidir. İki müharib zümrələrin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədihidir. Burada iki mədəniyyət mübarizə ediyordu. Alman sənaət ticarəti İngiltərə ticarətinə rəqabət etdigi hər iki mədəniyyətin özü üçün bu bir ərsə aramasilə istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətin faidələri müğayir olurdu.

Almanlar gənc bir millət olduqca mütəşəbbüs xəlqdir. Onların güvəndikləri zor qüvvələridi qüvvətli olduqlarını bütün cahana anlatdılar. İnsafla deyilər isə bu onlar üçün məğlubiyyət degildi, bu onların siyasətinin bərhəm olması idi.

İngilislərin dənizlərə təsahübi bir tərəfdən yürütdükləri siyasəti, millətlər ilə rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yumruq qüvvətlərində görüyor, vəqt uzandıqca İngiltərəyə müavinət ediyordu. Müharibənin başında daha zorlu, daha dəhşətli almanın get-gedə yekdigərini təqib edən xətalara uğruyordu. Həp millətləri ən axırda Amerika kibi müəzzəm bir milləti öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət olmadığını onun üçün Avropaya lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn ediyor idi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvüratlarında xətalı siyasətlərində əsla nəzakət bilməz olduqlarıyçun dost düşmənlərini özlərindən incitmişlərdi. Türklərə qarşı yürütdügü siyasətdən dolayı hətta türk məhafilində nifrət qazanmağa başlamış idi. Qafqasiya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı.

Onun Estlandiya, Turliyandiya, Yiflıyanda işğal etdigi başqa məmləkətlərdə yapdığı hərəkəti eynilə türklər Qafqasiyada öz irqləri üçün yapmaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müğayir gəliyordu. Hətta Azərbaycanın kəndisinə ittixaz etdigi paytaxtını gizlicə bolşeviklərə vermək istədi.

İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnigün etmək idi. İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən sülhü əvvəlcə yapmaq lazım idi. Çünki Türkiyə üçün artıq məqsədi hərb qalmış idi. Bu da hasil olduğu zamanlarda sülh əqd edilsə idi. Qazanc çox olurdu. Bu babda İttihad Tərəqqi ricali-dövləti millət tərəfindən tənqid edilməkdədir. Bilməm istənildigi vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi. Ya yox məsələsi məchuldur.

Fəqət hər nədənsə türklər ilə müttəfiqlərinin arası açılmış idi.

Bunu da təsviyə üçün Tələt Paşa Berlinə əzimət etdi. Oradan da döndügi kibi sülhə girişmək tərəfdarı olduğunu göstərdi. Məlum oluyor ki, yolda Avstriyanın Bolqariyanın əhvalını Tələt Paşa ep iyi tədqiq etmiş imiş.

Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər dönüklük göstərdi. Düşmənlər Bolqariyayı sıxışdırmağa başladı. O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə, Türkiyənin Mərkəzi Dövlətlər ilə münasibatı qət oluyor. Digər tərəfdən Avstriyanın da halı bərhəm oluyor, xəbərləri gəliyordu. Şu sırada idi ki, Almaniyanın özündə daxili hərəkətlər çıxdı. Artıq Almaniya da kəndi zəifini müvəffəqiyyətsizlikligini etiraf etməliydi. Zatən böylə müvəffəqiyyətsizlik bu gündən degil, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə Fransa paytaxtına zərbə endirməgə çalışdığı zaman meşəyə gizlənmiş fransız ordusunun onları yardığı gündən başlanmış idi.

Bu yarışdan başlayaraq gündən-günə ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor.

Nəhayət, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin dəgişməsi, hökumət məmurlarının məsul olması məsailindən mübərra qalmış Almaniyada parlamentarizm başlıyor. Az bir zamanda millət özü öz idarəsinin başında müntəxəb kişilər qoymaq arzusuna düşüyor. Almaniya halı Türkiyəyə təsiri-nüfuz ediyor. Türkiyə daxili təşkilatı yolunda olmadığından onları müntəzəm etmək üçün çalışıyordu. Bu zamanda idi ki, burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə yeni bir hökumət gəldi.

Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya hökuməti münfəridən müttəfiqlərə sülh təklifini etmişdi. Hətta fransızlar da öz müvəffəqiyyətlərini bildiklərinəKlemanso bu notanın cavabını keçmiş nitqində vermişdirdemişlər. Avstriyanın bu müraciəti etinasız qalmışdı. Ondan sonra Vilsonun nitqləri əsnasında sülh şəraiti həqqində anlatdığı 14 maddəyi almanlar da təsvib edib müttəfiqən tərəfi-müqabilə mütarikə təklif etmişlər idi. Bu maddələrin 13-cüsündən böylə seziliyor ki, türklər məskun olan yerlərdə tam hakimiyyət onların, türklərdən qeyri olan millətlər ayrı hökumət quracaqlar.

Bunun üzərinə Vilson nitqində 4 maddədən ibarət bir şey əlavə ediyor ki, heç bir millət üçün bir dövlət təbəəligindən çıxıb digərinə keçmək olmaz.

Alman Avstriyanın müraciətinə Vilson cavab verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə olmayacaqdır. Onun üçün Qeysər təxtdən əl çəkdi. Vəliəhd qəbul etmədi.

Baxıyorsunuz ki, hər yerdə hökumət böhranı sühulət kəsb edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada bir parlaman böhranı oldu. Səbəbi o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun üçün İttihad Tərəqqi firqəsi şübhələndi, tez bir zamandaHürriyyətpərvəranfirqəsi meydana gəldi. Hamısı buna bəyani-etimad etdi. Ümumi sülh müzakiratını təklif etmək mümkün degildi. Almaniya ilə müttəfiqlər arasında israr ediliyor. Türkiyə ilə Almaniyanın əlaqəsi kəsilmiş idi.

Yeni parlamanda proqramı başında bütün dağınıq ordunu toplamaq Qafqasiyayı boşaltmaq, almanların Türkiyədən getməsi, siyasi cinayətkarların, sürgünlərin vətənə ovdəti müsaidəsi bir çox böylə maddə qəbul etdigi kibi boğazların şimdilik müttəfiqlər dövlətlər Amerikanın təhti-işğalında qalmasını qəbul etdi.

Bu ancaq mütarikədir ümumi konfransadək hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl Paris üzərinə yürüyən o möhtəşəm ordu birdən-birə böylə məğlub bir halə düşəcəkdir. İki ay əvvəlki halət böylə bir vəziyyətə təbəddül ediləcəkdir. İmdidən gələcək xüsusunda bir şey söyləmək imkan xaricindədir. Firəng İngiltərə, Amerika ordusu Batum təriqilə gəlib Qafqasiyadan keçəcəkdir. Ola bilsin ki, gəlib buradan da keçsinlər, yaxud buranı özlərinə bir əsülhərəkə qərar verəcəkdir.

Bunu da zənn etmək olmaz ki, bu gün bütün cahanın 14 maddələr ilə hüsni-təvəccöhini qazanmış Vilson ümumi iğfal etmək üçün bir bilöf yapıyor. Yəqin ki, o da bu gün bir qüvvət qarşısındadır. Hər şeydən daha qüvvətli olan millətlər hüquqi bir cəmilə yapmaq üçün tədil təfsirlər ola bilər. Lakin bu prinsiplər bütün-bütünə məhv olar fikri doğru degildir.

Bolşevizm bir yorğunluq fikridir. Millətlərin hüquqi-mədəniyyəsi fikri bu yorğun parçalanmış Rusiyadan doğdu. Əgər bu sosializmənin əsaslarından biri olan bu maddə cahil Rusiyada məsxərə şəklində oldusa da artıq Avropanın yarısı bununla müstövli olmuşdur.

Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi, bir səmərəsi olacaqdır. O səmərə bəşəriyyətin, insaniyyətin, millətlərin yekdigəri hüququnu tanıyanCəmiyyəti-Əqvamtəşkil edəcəkdir.

Onu da bilməlisiniz ki, bu şüar böylə nahaq qan tökməkdən bıkmış, yorulmuş bütün bəşəriyyətin nəticeyi-əfkarıdır.

İştə onun üçün xəlqimiz öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa layiq olduqlarını isbat etsinlər. Bu da macəra yapsınlar demək degildir. Maddətən tabe olmaq mənən tabe olmaq degildir. Gələnlər bizdəki intizamı, bizdəki birligi görüb hörmət etmək məcburiyyətində olacağı aşkardır. Ondan maəda şəhərimizə gəlmək istəyən ordu bir paraları kibi təkrar qarqaşalıq salmaq üçün gəlmiyor, onlar gəlib buradan gedəcək Rusiyayı toplayacaqlar.

Burada hökumətin qaim olduğunu gördükdən sonra onlar bizə riayət edər. Bizim hökumət o hökumətə etilaf edə bilər. Bunun üçün xəlqimiz özünü toplayıb təşkil etdigi hökumətə müavinət etməlidir. Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür küçələrdə danışılan sözlərdən artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək olacaqdır. Yarından parlaman adından lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu gün hər millətin öz kökü üstə bitməsi tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni Avropa cümlənin səsini eşitdigi halda bizləri eşitməgə qadir olmasın, yaxud ümumcahanı iğfal etsin. Bu gün Avropayı millətlərin həqqi-hüququnu tanımağa məcbur edən yarınki məhkəməyi-kəbirada yəqin ki, orada bizim həqqimiz aranılar. Biz istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir şey yapamazlar.

M.H.

Azərbaycan”,

17, 20, 22 təşrini-sani

(noyabr) 1918,

№42, 45, 47

(Ardı gələn sayımızda)

 





27.01.2014    çap et  çap et