525.Az

Şəxsi bilərəkdən qanunsuz həbsdə saxlayanlara 4 il həbs cəzası veriləcək


 

Şəxsi bilərəkdən qanunsuz həbsdə saxlayanlara 4 il həbs cəzası veriləcək<b style="color:red"></b>

Azərbaycanda istənilən şəxsi bilərəkdən qanunsuz olaraq həbs yerində saxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 292.2 -1 maddəsi əlavə olunur.
 
Yeni maddədə bildirilir ki, bilə - bilə qanunsuz həbs yerində saxlama 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
İndiyə qədər bu hal müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati məsuliyyət olaraq müəyyənləşdirilirdi.
 
Yeni layihə Milli Məclisin dekabrın 27 – də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 





20.12.2013    çap et  çap et