https://525.az/img/pics/medium/2024-05/312742_o2elmmb42l.jpg “525-ci qəzet”in 7 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284146_5ffmi927on.png "Böyük Qayıdış"ın sürətlə reallaşması böyük strateji əhəmiyyət daşıyır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
search
7 May 2024
6 May 2024

"Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri"

"Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri"

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin "Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri" mövzusunda iclası keçirilib.

İclasda MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev, deputat Adil Əliyev, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə və Gənclər Təşkilatının sədri Şahin İsmayılov, digər gənclər təşkilatlarının rəhbərləri, olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə MM-də mərhum prezident Heydər Əliyevin xatirə muzeyinə, daha sonra parlamentin iclas zalına baxış keçiriblər. MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, tədbir Gənclər və İdman Nazirliyi ilə birlikdə hazırlanıb.O, bildirib ki, Azərbaycanda gənclər və idman siyasəti prioritet istiqamətdir: "Dünən cənab Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı idmançılarla görüşü oldu, nailiyyətlər haqqında geniş müzkairələr aparıldı. Bu gün ölkə başçısı İlham Əliyevin doğum günüdür. Onu bütün iştirakçılar adından ürəkdən təbrik edirik, Ona can sağlığı arzulayırıq. Gənclərin bu gün Azərbaycan cəmiyyətində xüsusi rolu var. Bu istiqamətdə görülən işlər hər bir gəncə gedib çatır. Gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün gənclər siyasəti dövlət siyasətinin təkib hissəsi olub".

Gənclər və idman naziri Azad Rəhimov MM-ə yeni seçilən deputatları təbrik edib, yeni yaradılmış Gənclər və idman komitəsinin bu sahədə apardığı işlərə uğurlar arzulayıb:"Gənclər və idman sahəsində infrastuktur yaradılır, paytaxtda və regionlarda 70-dən olimpiya kompleksi və gənclər evləri fəaliyyət göstərir. Gənclər və idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və dövlət proqramları qəbul olunub". Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev bildirib ki, komitənin gələcəkdə bu sahənin inkişaf etdirilməsində böyük rolu olacaq.  O, qeyd edib ki, bu gün Azərbaycan gənclər və idman siyasəti ilə dünyada fərqlənir və qəbul olunur: "Bütün uğurların əsasında isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Ölkəmiz bu gün dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən ilk Avropa Oyunları ilə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdik".

Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, Azərbaycanda gənclər və idman sahəsində çox uğurlu layihələr həyata keçirilib: "Bu, ölkə rəhbərinin sözügedən sahəyə diqqəti və əlaqədar qurumlarının fəal iştrirakının nəticəsidir. 4 minə yaxın qeyri-hökümət təşkilatı fəaliyyət göstərir. Onların arasında xüsusi fəallığı ilə seçilən gənclər təşkilatları da var. Onların ekologiya, idman, səhiyyə və digər sahələrdə fəaliyyətləri və təşəbbüslərini mətbuat səhifələrindən izləyə bilərsiniz".

Daha sonra digər tədbir iştirakçıları və idmançılar çıxış edib, ölkədə gənclər və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıblar.

Kamil HƏMZƏOĞLU

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.