https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

İlin ən yaxşıları seçildi

İlin ən yaxşıları seçildi

Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.

Qaliblər bunlar olub:

"İlin idman xadimi": Sadıq Sadıqov ("Neftçi" “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün)

"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)

"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu) 

"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə): Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)

"İlin komandası" (futbol və digər növlər üzrə): "Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün), Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)

"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə): Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)

"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)

"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV)

Həmçinin, idman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə tanınmış jurnalist Mehman Süleymanova "Həmrəylik Kuboku" təqdim edilib, eləcə də ÇEMPİON yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.