https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

"Xəzər Lənkəran" və "Neftçi" öz meydanlarında məğlub oldular

"Xəzər Lənkəran" və "Neftçi" öz meydanlarında məğlub oldular

Bu gün keçirilmiş daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

"Report"un məlumatına görə, son qarşılaşmalar "Xəzər Lənkəran" və "Neftçi"nin ev məğlubiyyətləri ilə əlamətdar olub.

Lənkəran təmsilçisi "Kəpəz"ə, flaqman isə AZAL-a minimal hesabla yenilib. Bununla da Gəncə komandası xallarını 25-ə çatdıraraq 5-ci, AZAL 19 xalla 7-ci pilləyə yüksəlib. Əvəzində 23 xala malik "Neftçi" 6-cı pilləyə enib, 12 xalı olan "Xəzər Lənkəran"ın isə qış fasiləsinə 9-cu pillədə çıxacağı dəqiqləşib.

Qeyd edək ki, turun ilk 3 matçında "Rəvan" evdə "İnter"ə 0:2, "Qəbələ" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə öz meydanında "Sumqayıt"ı məğlub edə bilməyib - 2:2. Bu nəticələrdən sonra "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 29 xalla 2-ci pillədədir. Hərəyə 27 xala malik "İnter"lə "Qəbələ" isə 3-4-cü yerləri bölüşdürür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.