https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
3 May 2024

939 gündən sonra

939 gündən sonra

“Neftçi” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIV turunun görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar sonuncu dəfə 2012/13 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirkordu təkrarlanacaqdı. Belə ki, “ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.