https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024
3 May 2024

"Qarabağ"ın sayılmayan qolunda qərar yanlış idi"

"Qarabağ"ın sayılmayan qolunda qərar yanlış idi"
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasında XIV turun "Neftçi" - "Qarabağ" oyununda qonaqların vurduğu, lakin qeydə alınmayan qol haqda fikirlərini bildirib.

Komitə sədri "Report"a açıqlamasında yan xətt hakiminin qərarını yanlış saydığını söyləyib.

Onun sözlərinə görə, həmin epizodda oyundankənar vəziyyət yox idi: "Çox çətin epizod idi. Həm Əfran İsmayılov, həm də İlqar Qurbanov hücumun önündə idi. Biz həmin epizodu müzakirə edirik. Zənnimcə, köməkçi hakim yanlış qərar verib".

Qeyd edək ki, "Neftçi" ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun 2 qolu sayılmayıb. İlk epizodda oyundankənar vəziyyət aşkar görünsə də, ikincisində qərarın mübahisəli olduğu görünür.

Qurbanovun qollarını yan xətt hakimi Mübariz Həşimovun bayrağı havaya qaldırmasından sonra baş hakim Ömər Paşayev ləğv edib. Oyun "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.