https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
5 May 2024
4 May 2024

"Rəvan" 13 oyunluq seriyanı qırdı

"Rəvan" 13 oyunluq seriyanı qırdı

Bakının “Rəvan” klubu Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə ilk qələbəsini qazanıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, çempionatın əvvəlki 11 oyununda qalib gələ bilməyən paytaxt təmsilçisi 12-ci turun “Neftçi” ilə qarşılaşmasında 3:2 hesablı qələbə qazanmaqla 3 xal əldə edib.

Bəhmən Həsənovun komandası bununla da qələbəsiz oyunlar seriyasını qırıb. Son qələbəsini 2013/14 mövsümünün 34-cü turunun “Simurq”la qarşılaşmasında (1:0) əldə edən “Rəvan” 2014-cü il mayın 17-dən sonra Premyer Liqada ilk dəfə qalib gəlib. 540 gündən sonra 3 xal əldə edən paytaxt klubu bu müddətdə 13 matç keçirib, 2 xal qazanmışdı.

“Neftçi” ilə oyunadək ardıcıl 8 məğlubiyyət alan “Rəvan” 3-cü turun avqustun 22-də “Xəzər Lənkəran”la səfərdə keçirilən matçından (1:1) 78 gün sonra xal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.