https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

"İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti idman bayramı olacaq"

"İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti idman bayramı olacaq"

İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında çıxışında deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycan Oyunlar keçirilməsi istiqamətində lazımi addımlar atır. Nazir xatırladıb ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən Təşkilat Komitəsi yaradılıb.

Nazir bildirib ki, Azərbaycanın bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var.

Azərbaycanın Birinci Avropa Oyunlarına və digər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini vurğulayan A.Rəhimov bildirib ki, İslam Həmrəylik Oyunları da idman bayramı kimi qeyd olunacaq və unudulmaz anlar yaşanacaq.

Nazirin sözlərinə görə, Oyunlarda ən azı 1500 heyət üzvü və 5 mindən çox idmançı iştirak edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.