https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

Sxadadze: "Məndən şikayətlənmək heç də xoş deyil"

Sxadadze: "Məndən şikayətlənmək heç də xoş deyil"

Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Sxadadze Tiflis "Dinamo"sunun "Qəbələ" ilə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu izləyib. Görüşdən sonra  47 yaşlı mütəxəssis keçmiş komandası "İnter"dən də danışıb...

- "Dinamo" - "Qəbələ" matçı barədə nə deyə bilərsiniz?

- "Dinamo" gənclərdən ibarət komandadır. Onların çoxu 19 - 22 yaşlarındadır və milli komandaya potensial namizədlərdir. Bununla belə, komandanın psixoloji hazırlığından xeyli razı qaldım. 10 oyunçu ilə qalmalarına rəğmən, "Qəbələ" kimi təcrübəli futbolçulardan ibarət kollektivi 2 dəfə məyus etməyi bacardılar. 2:1 hesablı qələbə azlıqda qalan komanda üçün çox yaxşı nəticədir. Şadam ki, Papunaşvili, Totadze, Tsintadze kimi milliyə namizəd futbolçular əla təsir bağışladılar.

- "Qəbələ" Sizi heyrətləndirmədi?

- Bilirsiniz, mən belə ifadələr səsləndirmək istəməzdim. Çünki indi futbolu fərqli mövqedən izləyirəm. "Qəbələ"nin öz baş məşqçisi var və özləri də təhlil aparacaqlar. Mənim üçün ən vacib məsələ o idi ki, yığma üzvləri özlərini yaxşı tərəfdən göstərdilər, təcrübəli, keyfiyyətli futbolçularla matçda qələbəyə nail oldular. Buna həqiqətən də təəccübləndim.

- "İnter"in Albaniyada "Laçi" ilə 1:1 hesablı heç-heçəyə imza atmasından xəbəriniz var?

- Bəli. "İnter"in qalib gələcəyini gözləyirdim. Çünki Avroliqanın ilk 2 mərhələsində çox zəif rəqiblər düşüb. Bu, "İnter"in son 5 ildə gördüyü işlərin əvəzidir. Avrokuboklarda yığdığımız xallar nəticəsində bu komanda ilk 3 mərhələni keçə bilər. Üzüldüyüm məqam isə odur ki, belə bir komandanı dağıtdılar. Halbuki həmin kollektiv 100 faiz qrup mərhələsində oynamağa layiq idi. İndiki halda isə "İnter"in ilk 2 mərhələni keçməyə borclu olduğunu düşünürəm.

- Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"la oyuna nə Siz, nə də əsas heyət üzvləri yollandı. Buna görə qınaqlarla üzləşdiniz...

- Elə deyil. Bunların hamısı əvvəlcədən klub rəhbərliyi ilə danışılmışdı. Bütün futbolçular sonuncu oyunu "Qarabağ"a qarşı yüksək səviyyədə keçirərək, ölkə çempionunu məğlub etdilər. Onlar "İnter"in güclü komanda olduğunu göstərdilər. "Sumqayıt"la son tur matçına getməyəcəyimiz isə bir ay öncədən razılaşdırılmışdı. Bütün futbolçuların evə dönüş biletləri də alınmışdı. Bilmirəm, kimsə nəyə görə belə yazıb?

- Sizi tənqid edənlər şikayətlənirlər ki, son turda da meydana çıxmamaqla, komandaya mənəvi zərbə vurdunuz...

- Biz klub adına 6 ildə çox şey qazandırmışıq. Ona görə də məndən şikayətlənmək heç də xoş deyil. 6 il ərzində komandaya bütün medalları qazandırmışam. Son oyuna gəldikdə, bir daha təkrarlayıram: Bu, futbolçuların xahişi idi ki, onları daha tez buraxsınlar. Aralarında axırıncı 3 ayda bir qəpik də almayanlar var idi. Halbuki onlar son 8 oyundan 7 qələbə, 1 heç-heçə ilə ayrılmışdılar. Mən "Sumqayıt"la oyunu saymıram.

- "İnter"in sizə də borcu qalıb?

- Bu, mənimlə klub arasındakı məsələdir. Özüm həll edəcəyəm, danışmaq istəmirəm.

- "Qəbələ" ilə cavab oyununa da gələcəksiniz?

- Bəli. Qəbələdə olacaq və "Dinamo"ya azarkeşlik edəcəyəm.

Mənbə: sportnet.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.