https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

Bakı 2019-cu ildə keçiriləcək yay Universiadasına ev sahibliyi edə bilər

“Bakı 2019-cu ildə keçiriləcək yay Universiadasına ev sahibliyi edə bilər.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Tələbə İttifaqının rəhbəri Oleq Matıtsin Beynəlxalq Universitet İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclasının yekunları ilə bağlı danışarkən deyib. O, potensial namizədlər arasında bir sıra ölkələrin adlarının çəkildiyini bildirib: “Bunlar İtaliya, Türkmənistan və Azərbaycandır.  Bu gün üçün namizədlərlə bağlı hələ heç bir qərar qəbul olunmayıb. Adını çəkdiyim ölkələr tərəfindən "Universiada-2019"a ev sahibliyi etmək üçün rəsmi müraciət daxil olmayıb. Danışıqlar aparılır”.
 
O. Matıtsinin sözlərinə görə, bu tədbiri keçirəcək namizəd noyabr ayında Federasiyanın Baş Assambleyasının iclasında təqdim olunacaq.
 
Xatırladaq ki, bu il yay Universiadası 4-14 iyul tarixlərində Cənubi Koreyanın Kvanju şəhərində keçiriləcək. 2019-cu il qış Universiadası isə Krasnoyarskda baş tutacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.