“Ehtiyac yaransa, İranın nüvə problemi üzrə yekun saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Əgər İran üzrə saziş BMT TŞ-nin qətnaməsini tələb etsə, o, qəbul olunmalıdır”, - deyə o vurğulayıb.
ABŞ dövlət katibi Con Kerri Lavrovun bu fikrinə etiraz etməyib: “Siz eşitdiniz ki, o, “belə qətnamə tələb olunsa” dedi“.