AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin qalibləri açıqlanıb.
Rövşən Danyeri "U döngəsi" hekayəsi ilə müsabiqədə 1-ci olub.
İkinci yeri "Edam" hekayəsi ilə Sevinc Nuruqızı qazanıb.
Ceyhun Gündüz ("Her Şey Yaxşı Olmayacaq") və Qalib Bəhramov ("Şəkil") üçüncü olublar.
Xatırladaq ki, iyunun 15-i Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin şeir nominasiyası üzrə qalibləri elan edilib.
Müsabiqənin qalibi Könül Həsənqulu olub - "Aqnostik məbədi" və "City life" şeirləri ilə.
İmzasız oxunuş mərhələsində bütün münsiflərdən yüksək ballar alan K.Həsənqulu sonrakı mərhələlərdə də liderliyi qoruyub.
İkinci yerin sahibi Ülvi Bahadırdır - "Əyyaş Əli və Human Rights Watch", "Yaşamaq sindromu" şeirləri ilə.
Üçüncü mükafatları isə Oğuz Ayvaz və Vəfa Qafarova (Mürsəlqızı) qazanıblar.
Azadliq.org