Şair Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabı işıq üzü görüb.
525.az-a bu barədə şair özü məlumat verib.
Emin Piri qeyd edib ki, kitabda son dönəmlərdə yazdığı şeirləri yer alıb.
Kitabın “aybKitab” layihəsi çərçivəsində çap olunduğunu bildirən müəllif iyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan klubu”nda İmza günü keçirəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu kitab sözügedən layihənin 13-cü kitabıdır.