Küveytdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində keçirilən görüşdə Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlüd Çavuşoğlu görüşün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyətini vurğulayıblar.
Tərəflər həmçinin üçtərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.