Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə Gürcüstanın “İntellekt” nəşriyyatı tanınmış yazıçımız Məqsəd Nurun “Şəhər meri” romanını gürcü dilində çap edib.
Mayın 28-də Tiflisdə açılan Didube Sərgi Mərkəzindəki Beynəlxalq Kitab Festivalı çərçivəsində Məqsəd Nurla görüş, onun "Şəhər meri" romanının təqdimatı və İmza mərasimi keçiriləcək.
Tədbir həmin gün saat saat 16.30-a nəzərdə tutulub.
İmir Məmmədlinin tərcüməsində nəşr olunan kitabda müasir gürcü ədəbiyyatının tanınmış nümayəndələrindən Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelidzenin rəyləri yer alıb.