Binəqədi rayonunda binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, onlar Nərminə Həsənova və onun 2 yaşlı oğlu Murad Həsənovdur .
L.Bayramova qeyd edib ki, hazırda Klinik tibbi Mərkəzin Toksikologiya şöbəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2-si uşaq, 5-i qadın, 1-i isə kişidir. Onların da vəziyyəti stabildir və müalicələri başa çatandan sonra evə buraxılacaqlar.
Hadisə nəticəsində xəsarət alan və 6 saylı şəhər xəstəxanasında müalicə olunan 2 şəxsin isə 1-i bir neçə gün öncə evə buraxılıb, digəri isə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.
Hazırda yanğın nəticəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir.