Səudiyyə Ərəbistanına məxsus “F-16” qırıcı təyyarə Yəmən paytaxtı Sana şəhərinin ətrafında vurulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Yemen Post” nəşri məlumat yayıb.
Məlumata görə, təyyarənin pilotunu aşkarlamaq mümkün olmayıb. Üsyançı husilər təyyarənin düşdüyü yerdə 2 mərmi tapıblar.
Nəşr üzərində Səudiyyə Ərəbistanına məxsus fərqlənmə nişanları olan təyyarə qalıqlarının şəkillərini də dərc edib.
Rəsmi qurumlar məlumatı hələlik təsdiq etməyib.